Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:00

Şahin Ağabəyli Ramil Usubovdan üzr istədi


Şahin Ağabəylinin məhkəməsi avqustun 21-nə qədər təxirə salındı
Şahin Ağabəylinin məhkəməsi avqustun 21-nə qədər təxirə salındı

Avqustun 17-də Nəsimi rayon məhkəməsində Daxili İşlər Nazirliyinin «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyliyə qarşı qaldırdığı iddia ərizəsinə baxılıb. Məhkəmə prosesi zamanı baş redaktor Daxili İşlər naziri Ramil Usubov haqqında qəzetində dərc olunmuş məqalədə həqiqətən də nazirin şəxsiyyətini təhqir edən ifadələrin yer aldığını etiraf edib. Şahin Ağabəyli deyib ki, yazı hazırlanan zaman Hacı Məmmədov məhkəmədə Elmar Hüseynovu öldürməsini soyuqqanlılıqla bildirdiyindən o da emosiyaya qapılıb və beləliklə nazir haqqında yazdığı məqalədə təhqiramiz ifadələr yer alıb. Jurnalist iddiaçı tərəfdən üzr istəməsini məhkəmənin nəzərə almasını xahiş etdi.


Ramil Usubovun vəkili Esmira Hüseynova dedi ki, onlar da jurnalistin öz səhvini başa düşməsini nəzərə alır və məhkəmədən xahiş edirlər çıxarılacaq hökmdə həbs cəzası nəzərdə tutulmasın. Vəkilin vəsatətini qəbul edən məhkəmə avqustun 21-nə qədər təxirə salındı.


Daxili İşlər Nazirliyin «Milli Yol» qəzetinin böhtan və işgüzar nüfuzun təhqirinə görə məhkəməyə verib. Bu iddiaya səbəb isə qəzetdə «Adam oğrularının himayəçisi» və «Həyasız adam» başlıqlı yazıların dərc edilməsidir.


Avqustun 10-nda isə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarla «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli bir il müddətinə azadlıqdan məhrum edilib. Qərar deputat Arif Rəhimzadənin iddiası ilə şərəf və ləyaqətin, işgüzar nüfuzun təhqir olunması ittihamı üzrə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrinə əsasən çıxarılıb.


Avqustun 17-də Nəsimi rayon məhkəməsində keçirilən digər iclasda Daxili İşlər naziri Ramil Usubovun «24 saat» qəzetinin baş redaktoru Fikrət Fərəməzoğluyla qarşı da iddia ərizəsinə baxılıb. Nazir bu qəzetin baş redaktorunu da şərəf və ləyaqətin təhqir olunmasında ittiham edir. Bu proses avqustun 24-nə qədər təxirə salınıb.


XS
SM
MD
LG