Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:39

Etirazçılar rus əsgəri Permyakovun Ermənistanda mühakimə olunmasını tələb edilər


Etirazçılar rus əsgəri Permyakovun Ermənistanda mühakimə olunmasını tələb edilər
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Ermənistanın Gümrü şəhərində yüzlərlə aksiyaçı Rusiya konsulluğuna yürüş keçiriblər. Onlar yanvarın 12-də 6 nəfərlik erməni ailəsini qətlə yetirməkdə şübhəli bilinən Rusiya əsgəri Valery Permyakovun Ermənistan tərəfinə verilməsini tələb ediblər. Polis etirazçıların binaya yaxınalşmasına imkan verməyib. Bundan sonra aksiyaçılar Şirak vilayət rəhbərliyinin və prokurorluğu qarşısında aksiya keçiriblər. Aksiyaçılar rusiya əsgərinin Ermənistanda məhkum olunmasını tələb ediblər. Ermənistanın baş prokurorluğu yanvarın 13-də bildirib ki, Valery Permyakov Rusiya vətəndaşıdır və bu ölkənin konstitusiyasına görə Rusiyada mühakimə olunmalıdır. Valery Permyakov Gümrüdəki 102 saylı Rusiya bazasında xidmət edirdi. Reuters

XS
SM
MD
LG