Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:14

Xədicə İsmayıl 2500 manat cərimələndi


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Fevralın 23-də Bakı İstintaq Təcridxanasında Elman Türkoğlunun həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə məhkəmə prosesi davam edib.

Məhkəmədə açıqlıq prinsipi növbəti dəfə pozulub.

Bu barədə AzadlıqRadiosuna Xədicə İsmayılın vəkili Elton Quliyev məlumat verib:

«Etirazlarımıza, məhkəmədə iştirak etmək istəyənlərin ərizələrini təqdim etməyimizə baxmayaraq, hakim prosesin açıq keçirilməsini təmin etmədi. Daha sonra Xədicəyə son söz demək təklif olundu. Xədicə prosesin qapalı keçirilməsinə etiraz olaraq son söz deməkdən imtina etdi və məhkəmə keçirilən zalı tərk etdi».

Elton Quliyevin dediyinə görə, müşavirə zamanı təcridxana əməkdaşları Xədicə İsmayılın zala qayıtmasına çalışsalar da, o, prosesdə iştirakdan imtina edib:

«Müşavirədən sonra hakim növbəti dəfə qanunu pozaraq Xədicə İsmayılın iştirakı olmadan hökmü elan etdi. Xədicə 2500 manat cərimə olundu».

Müdafiə tərəfi məhkəmə hökmünü qanunsuz sayır, ittihamların məhkəmədə təsdiq olunmadığını bildirir. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın CM-nin 147.2-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdi.

Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Jurnalist ittihamı rədd edir və bunun siyasi motivli olduğunu bildirir.

XS
SM
MD
LG