Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:27

Avropada yerləşən Azərbaycanı Asiya edən nədir?


Avrasiya üzrə ekspert, jurnalist Casey Michel yazır ki, hakimiyyət üsul-idarəsi və Xəzər üzərindən kəmərlər marağı Azərbaycanı Mərkəzi Asiyaya bağlayır.

Avrasiya üzrə ekspert, jurnalist Casey Michel Diplomat.com saytında yazır ki, Azərbaycan Qafqazda yerləşsə də, onu Mərkəzi Asiya ilə eyni regiona daxil edib-etməmək ətrafında mübahisələr davam edir.

Jurnalist özü də razılaşır ki, Azərbaycanı Asiya edən bir sıra məntiqi məqamlar var. Məsələn elə demoqrafiya.

O qeyd edir ki, Azərbaycan Qafqaz qonşuları ilə müqayisədə böyük əhali çoxluğu üstünlüyünə malikdir.

Avtokratlıqda Azərbaycan Mərkəzi Asiyanı kölgədə qoyub

Azərbaycan avtoritarlıqda Mərkəzi Asiya liderlərini kölgədə qoyub
Azərbaycan avtoritarlıqda Mərkəzi Asiya liderlərini kölgədə qoyub

Məqalədə deyilir ki, başlıca bağlılıq idarəetməı üslubu ilə bağlıdır.

“Ölkə bu mənada yarımavtoritar Ermənistan və kövrək demokratiyalı Gürcüstandansa, Mərkəzi Asiyanın kleptokratiyalarına daha yaxındır” – yazır Michel.

O yazır ki, prezident İlham Əliyev Astana və Daşkənddəki həmkarları kimi istər siyasi, istər mediadan gələn fərqli düşüncəyə dözümsüzdür.

“Əlbəttə, vətəndaş cəmiyyəti üzərinə hücumda Əliyev bəzi Mərkəzi Asiya liderlərini kölgədə qoya bilib. Azərbaycanda Belarus və Rusiyanın birlikdə malik olduqları siyasi məhbusdan daha çox məhbus var” – deyilir məqalədə.

Çoxvektorluluq

Bu da vurğulanır ki, Azərbaycan xarici siyasətdə Qazaxıstan kimi çoxvektorluluğu qoruyub saxlayır. Lakin bu çoxvektorluluq xarici pul baratlarından asılı Tacikistan və Qırğızıstandakı qədər deyil.

Azərbaycan yarımavtoritar Ermənistan və kövrək demokratiyalı Gürcüstandansa, Mərkəzi Asiyanın kleptokratiyalarına daha yaxındır

Michel yazır ki, Azərbaycan Rusiya ilə həm avtoritar həmrəyliyə, həm də artmaqda olan silah ticarətinə görə isti münasibət saxlayır. Bu mənada Azərbaycan Çinlə, Qazaxıstan və Türkmənistan kimi yüksək səviyyəli əlaqələrə malik deyil.

Məqalədə Azərbaycan və İran arasında münasibətlər məsələsinə də toxunulur və deyilir ki, Mərkəzi Asiya ilə müqayisədə Bakının cənub qonşusu ilə münasibətləri kifayət qədər sərindir.

Müəllif bunu Azərbaycanın Brüssel və Vaşinqtonla uzun müddətdə sıx münasibətlərə malik olması ilə bağlayır.

Bakının bəxti gətirib

Casey Michel yazır ki, Azərbaycanın Mərkəzi Asiyaya bənzərliyi daha çox karbohidrogen ehtiyatları sahəsində olsa da, Bakı Qazaxıstan və Türkmənistandan fərqli olaraq son yüz ildə “neftin sinonimi” sayılıb.

Jurnalsit diqqəti belə bir məqama çəkir ki, Azərbaycan öz enerji ehtiyatlarını Qərb bazarlarına çıxarmaq üçün ilkin baza kimi mövcud sovet kəmərlər şəbəkəsindən istifadə edib. Onun fikrincə, bu mənada Azərbaycanın bəxti Mətrkəzi Asiya ixracatçılarından dasha çox gətirib.

Xəzər sammiti, sentyabr, 2014
Xəzər sammiti, sentyabr, 2014

Məhz buna görə də Qazaxıstan və Türkmənistan transxəzər kəmərlərinin çəkilməsinə can atsalar da, Rusiyadan son dərəcə güclü müqavimət görürlər. Michelin fikrincə, Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəmərini çəkərkən Moskvanın daha az müqaviməti ilə üzləşmişdi.

Bu da qeyd olunur ki, transxəzər kəmər xəttində olan ortaq maraq Bakı və Aşqabad arasındakı münasibətləri sağaltmışdısa da, indi İran və Qərb arasında qurulan yaxınlaşma baş tutsa, Xəzər üzərindən enerji nəqli ideyası mənasını itirəcək.

XS
SM
MD
LG