Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:16

Dollarla kredit götürənlərə kömək olmayacaq


Elman Rüstəmov
Elman Rüstəmov

-

Azərbaycan hökuməti dollarla kredit götürənlərə yardım etməyəcək. Azərbaycan Mərkəzi Bakının sədri Elman Rüstəmov bunu «APA» informasiya agentliyinə deyib:

«Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər».

Ancaq o, banklara kreditlərin qaytarılmasında bəzi yardımlar göstəriləcəyini də istisna etməyib:

«Yəqin bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə onların bu işin öhdəsindən gələ bilməsinə necə kömək edək. Dövlətin banklara yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik».

DEPUTAT DEYİRDİ, MALİYYƏ MƏNBƏYİ AXTARILIR

Ötən ilin fevralında Mərkəzi Bankın qərarı ilə manat 33-34 faiz devalvasiya edildi. Dekabrın 21-də isə manatın üzən məzənnə rejiminə keçidi elan olundu.

Dollar bahalaşmasından sonra bu valyuta ilə kredit götürənlər hökumətdən dəstək gözləyirdilər. Deputat Vahid Əhmədov 10 min dollara qədər kredit götürənlərə güzəşt ediləcəyini, onların borclarını köhnə məzənnə ilə qaytaracaqlarını istisna etməmişdi. O, bununla bağlı hökumətdə razılaşma əldə olunduğunu və maliyyə mənbəyi axtarıldığını söyləmişdi.

Sonradan AMB sədri həmin məbləğin 5 min dollar olduğunu bildirmişdi.

Maliyyə naziri Samir Şərifov isə hökumətdə bu məsələ ətrafında fikir ayrılıqları olduğunu açıqlamışdı.

XS
SM
MD
LG