Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:35

Deputat: "Hökumət dollar kreditlərinə güzəşt üçün pul tapmalıdır"


Vahid Əhmədov
Vahid Əhmədov

►Vahid Əhmədov: “Hökumətlə ümumi razılığımız olub ki, bu məsələ öz həllini tapacaq. Amma indi Elman müəllim niyə elə deyib, düzü, şərh edə bilmirəm.

Hökumət dollarla kredit götürənlərə güzəşt etməyəcək. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov yanvarın 26-da deyib:

"Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər".

Dollarla kredit götürənlərin borclarını köhnə məzənnəylə qaytarmalarının təşşəbüskarlarından biri deputat Vahid Əhmədov olub. O, AzadlıqRadiosuna müsahibəsində Elman Rüstəmovun dediklərinə münasibətini açıqlayıb.

– Vahid müəllim, Elman Rüstəmovun dediklərindən belə başa düşmək olarmı ki, hökumət dollarla kredit götürənlərə yardım etməyəcək?

– Mən elə düşünmürəm. Milli Məclisin İqtisadi siyasət Komitəsinin müzakirələri hələlik davam edir. Bununla bağlı əhalidən də çoxlu müraciətlər almışıq. Hökumətlə ümumi razılığımız olub ki, bu məsələ öz həllini tapacaq. Amma indi niyə elə deyilib, düzü, şərh edə bilmirəm. O mənada ki, ümumi razılıq olubsa, yerinə yetirilməlidir. Qərara gəlinmişdi ki, 10 min dollara qədər istehlak kreditləri köhnə məzənnə ilə- 1,05 manatla ödəniləcək. Bu yaxınlarda da Samir Şərifov dedi ki, o vaxt banklar da kreditləri çox yüksək faizlərlə, 30-35 faizlə veriblər, - çox yaxşı ki, bunu boyunlarına alırlar – ona görə yaxşı olardı, özləri öz hesablarından versinlər. Bizi maraqlandırmır, bunu dövlət öz fondundan verəcək, Mərkəzi Bank öz fondundan verəcək və ya banklar öz fondlarından verəcək. Bu vəsait tapılmalıdır. Bu, əhali üçün çox əhəmiyyətli məsələdir. O istehlak kreditlərini götürənlər aşağı təbəqənin nümayəndələridirlər. Elman Rüstəmovun dediklərini isə sizdən eşidirəm. (Ardı aşağıda)

SOCAR benzini niyə ucuzlaşdırmır?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Buna da bax: «Azərqaz»ın əməkdaşının onurğasını qırdılar

– Elman Rüstəmov deyib ki, kreditlərin qaytarılmasında banklara bəzi yardımlar edilə bilər. O bu işə bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxılacağını istisna etməyib.

– Restrukturizasiya söhbəti gedir, bəli, bunu mən də eşitmişəm. Müəyyən orqanların rəhbərləri ilə söhbətlərim də olub. Mənə dedilər ki, restrukturizasiya edək, banklar borcu üzərlərinə götürsünlər. Amma mənim bank rəhbərləri ilə də danışıqlarım olub. Onlar deyirlər ki, vəsaiti hökumət versin, həmin vəsaitlə kredit məsələsini həll edək. Mən bildiyim odur ki, bu məsələ həll edilməlidir. İnsanlarımızın istehlak kreditlərini 1,55 və ya 1,60-la qaytarmaq imkanları yoxdur. Bu məsələni hökumət, Mərkəzi Bank etməlidir. Ümidvaram ki, nəhayət cənab prezident müdaxilə edərsə, məsələ həllini tapacaq.

– “Restrukturizasiya” nə deməkdir? Sadə vətəndaş üçün bunu izah edərdiniz, zəhmət olmazsa.

– Bankda siyahını götürüb baxırlar, müştərinin imkanını, borclarının azlığını-çoxluğunu götür-qoy edirlər və bunun əsasında da kimini “spisat” edirlər, kimini saxlayırlar.

Buna da bax: Qar cənub bölgəsindəki həyatı “dondurub”

– Bəs bu müştərilərə qarşı ayrı-seçkilik gətirməyəcəkmi?

– Gətirə bilər. Niyə gətirmir?.. İndi bunların arqumenti odur ki, bu gün insanları ələbaxımlığa öyrədərik, sabah başqaları da deyər: “Bizim kreditləri silin”. Ancaq söhbət silməkdən getmir. Mən Samir Şərifovla da razıyam. Banklar vaxtında həmin istehlak kreditlərini 30-35 faizlə verməsəydilər, bu borclar yaranmazdı. Banklara olan borclar həddən çoxdur. Bu, bankların günahıdır, hökumətin günahıdır,Mərkəzi Bankın imkanları var, ya yox... Bizi əsas düşündürən odur ki, məsələ həllini tapsın.

– Siz 10 min dollara qədər kreditlərə güzəşt edilməsini istəyirsiz, hökumət 5 min dollardan danışır. Amma məsələ bunda deyil. Siz AzadlıqRadiosuna müsahibə verəndən sonra saytımızın bir istifadəçisi yazmışdı ki, niyə deputat 10 min dollardan artıq krediti olanların da borclarını köhnə məzənnəylə qaytarmasına çalışmır? Niyə ayrı-seçkilik yaradırlar?

– Ona görə ki, bu, istehlak kreditləridir. Əhali bunu biznes və ya başqa məqsədlər üçün götürməyib. Biri uşağını oxudur, o biri toy edib, ya xəstədir... Bunlar ehtiyacı olanlardır və buna görə onları önə çəkmişik.

Bakıda univermağın damı çöküb
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

XS
SM
MD
LG