Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

İlqar Məmmədovla bağlı Azərbaycana xəbərdarlıq olundu


İlqar Məmmədov
İlqar Məmmədov

"Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icrasıyla bağlı Azərbaycanın hakimimiyyət nümayəndələrindən hər hansı bilgi alınmamasından narahatdır. Nazirlər Komitəsi Azərbaycanı qurumla dolğun dialoqa dəvət edir".

Avropa Şurası Nazirlər Komitəsinin REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarının icra durumu ilə bağlı qəbul etdiyi qərarda belə deyilir.

Qərarda vurğulanır ki, İlqar Məmmədovla bağlı qərarın qüvvəyə minməsindən iki ildən artıq vaxt keçir. Ancaq Avropa Şurası Nazirlər Komitəsinin, qurumun baş katibinin çoxsaylı çağırışlarına rəğmən o hələ də həbsda saxlanılır.

Nazirlər Komitəsi İ.Məmmədovla bağlı əvvəlki qərarlarını, xüsusilə siyasətçinin dərhal azadlığa buraxılması ilə bağlı çağırışlarını bir daha Azərbaycan hökumətinə xatırladır.

Buna da bax: Avropa Şurası: "İlqar Məmmədovu dərhal azad edin"

Nazirlər Komitəsi İ.Məmmədovla bağlı qərarın həyata keçirilməsinin təmin olunmasında qətiyyətli olduğunu bir daha vurğulayıb. Bunun üçün bütün vasitələrdən, o cümlədən Avropa Konvensiyasının 46.4-cü maddəsindən istifadə ediləcəyini bildirib.

Avropa Konvensiyasının 46.4-cü maddəsində deyilir:

"Əgər Nazirlər Komitəsi hesab edərsə ki, Razılığa gələn Yüksək Tərəf (Konvensiyaya qoğulan dövlətlər) özünün tərəf olduğu iş üzrə qəti qərarını yerinə yetirməkdən boyun qaçırır, o zaman Komitə, həmin Tərəfə rəsmi xəbərdarlıq göndərdikdən sonra və Komitədə iştirak etmək hüququ olan nümayəndələrin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərarla, həmin Tərəfin üzərinə götürdüyü öhdəliyi yerinə yetirib yetirməməsi barədə Məhkəməyə sorğu göndərə bilər".

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

Buna da bax: ABŞ İlqar Məmmədovu azad etməyə səsləyir

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ancaq bu il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG