Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

Bloqqer prezidentə bağışlanma məktubu göndərib


Alexander Lapshin
Alexander Lapshin

Bakının tələbiylə Minskdə saxlanılan bloqqer Aleksandr Lapshin Azərbaycan prezidenti İlham Əliyevə bağışlanmasına dair məktub göndərib. Rusiyanın «RIA-Novosti» informasiya agentliyi xəbəri İsrailin Belarusda konsulu Yulia Rachinski-Spivakov-a istinadən yayıb.

Konsul məktubu notarial qaydada təsdiqləyərək Azərbaycan Prezidentinin Administrasiyasına göndərdiyini bildirir. O, A.Lapshin-in Azərbaycanda 8 il azadlıqdan məhrum edilə biləcəyini söyləyib.

Buna da bax-İsrail bloqqerin Azərbaycandan üzr istəməsini təklif edir

Diplomat bildirib ki, İsrail vətəndaşı olan və orada yaşayan A.Lapshin-in anası da oğlunun bağışlanması üçün İsrail Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan prezidentinə məktub ünvanlayıb: «Rəsmi mövqe olaraq, İsrail bloqqerin ekstradisiyasının əleyhinədir. Hesab edirik ki, o azad edilməlidir», – deyə konsul bildirib.

Bloqqerin Bakıdan üzr istəməsini İsrail təklif etmiş, beləliklə onun azadlığa buraxılmasını istəmişdi.

Həm İsrail, həm də Rusiya vətəndaşı olan bloqqer Alexander Lapshin ötən ilin dekabrından Belarusda həbsdə saxlanır. Onun həbsini Azərbaycan hökuməti istəyib, çünki bloqqer Qarabağa Azərbaycanın icazəsi olmadan gedib, bundan başqa, öz səhifəsində bu qanunsuz rejimi tərifləyib, Qarabağı «müstəqil ölkə» adlandırıb. O, üstəlik, Azərbaycan prezidenti İlham Əliyev haqqında tənqidi yazılar yazıb. Azərbaycan hökuməti onu beynəlxalq axtarışa verib və dekabrın 13-də Belarus ərazisində A.Lapshin-i saxlayıblar.

XS
SM
MD
LG