Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:22

‘Virtual Azərbaycanda əsas maraq lotuluğa, ‘vorzakonluğ’a və şou biznesədir’ [video]


Azərbaycanın virtual məkanında kim daha güclüdür?
Gözlə

No media source currently available

0:00 0:15:07 0:00

Azərbaycanın virtual məkanında kim daha güclüdür? [A-Live]

Azərbaycanın virtual məkanında kim daha güclüdür? Məsələn, gələn ilki prezident seçkilərinə potensial namizədlər sosial şəbəkələrdə necə təmsil olunurlar?

Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda ən məşhur sosial şəbəkə «Facebook» hesab olunur. “Social bakers” saytının dekabrın 15-nə olan məlumatına görə «Facebook»da Azərbaycandan 2 milyona yaxın istifadəçi var. Qeydiyyatını Azərbaycanda göstərərək, özünə «Facebook» hesabı açanların 68 faizi kişilərdir. Azərbaycandakı «Facebook» istifadəçiləri əsasən 35 yaşadək olan insanlardır.

Buna da bax: Bu il Google-da ən çox nəyi axtarıblar

Yenə həmin mənbəyə görə Azərbaycanda ən məşhur «Facebook» səhifəsi – “Bizim yol”dur. Bu səhifənin 2 milyona yaxın, elə Azərbaycan qeydiyyatlı «Facebook» istifadəçilərinin sayı qədər izləyicisi var. Növbəti yerlərdə axşam.az, və “First news” gəlir.

Buna da bax: "Azərbaycan trolları" ABŞ-ın ATƏT səfirini hədəfləyirlər

“Social bakers”in məlumatına görə ən çox izləyicisi olan siyasətçilərin isə ilk beşliyində - İlham Əliyev, Mehriban Əliyeva, Aslan İsmayılov və Əli Kərimlinin adına açılan «Facebook» səhifələri gəlir. “Twitter”də isə İlham Əliyevin adına açılan hesab öndədir.

Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

Həbib Müntəzir
Həbib Müntəzir

Sosial media meneceri Həbib Müntəzir düşünür ki, bu səhifələrin bir çoxunda izləyici sayı trollar və digər üsullarla artırılıb. O, «Facebook»da fəal siyasətçi kimi AXCP sədri Əli Kərimlini sayır. Amma onun da öz trollar-ı olduğunu istisna eləmir. Prezident və vitse prezidentin səhifələrində isə daha çox rəsmi tədbirlər və görüşlər haqda məlumatlar yayılır.

Həbib Müntəzir hesab edir ki, Azərbaycandakı sosial şəbəkə istifadəçilərinin yarıdan çoxu ümumiyyətlə siyasətlə maraqlanmır. Siyasətlə maraqlanan, fikir bildirənlərə isə ciddi təhdid və təqiblər var:

Buna da bax: Leyla Yunus: 'CNN-də Azərbaycanın reklamlarına inanmayın'

“Əvvəllər daha çox azadlıq vardı, insanlar daha çox öz fikirlərini bildirirdilər. Amma bu indi məhdudlaşıb. Bunun da səbəbi məhz sosial şəbəkə istifadəçilərinə qarşı tədbirlərdən qaynaqlanır. Bəzi internet fəalları həbs olunur, bəziləri işdən çıxarılır. Bu məlumatlar bir çox halda ictimaiyyətə açıqlanmır. Adicə bir “like”a görə işindən azad olunanlar da olub”.

850 minə yaxın izləyicisi olan “Azərbaycan-Azərbaycan” səhifəsinin admini Emil Məmmədov isə bir qədər başqa fikirdədir. O hesab edir ki, virtual məkanın Azərbaycandakı ən güclüləri ictimai fəal Bəxtiyar Hacıyev, iqtisadçı Natiq Cəfərli və gündəmə aid maraqlı statusları ilə tanınan Davud Məmmədovdur. Amma əlavə edir ki, Azərbaycanda ciddi mövzularla maraqlananlar elə də çox deyil:

Buna da bax: WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası

“Əsas maraq lotuluğa, ‘vorzakonluğ’a, şou biznesədir. İnsanlarda ciddi mövzulara maraq çox azdır. Bu “Qoca” ləqəbli qanuni-oğru ilə bağlı son xəbərlər də bunu bir daha sübut elədi. Təsəvvür edin bir xəbər qoyurduq, bir günə 50-60 min baxış olurdu. “Qoca” necə qaçdı? Necə öldürüldü”.

Biz bu mövzuda Bakı sakinlərinin də münasibətini ayaqüstü öyrənmişik. Onlardan soruşmuşuq ki, sosial şəbəkələrdə hansı siyasətçilərin, partiyaların səhifəsini izləyirsiz?:

Sosial şəbəkələrdə hansı siyasətçilərin, partiyaların səhifəsini izləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Buna da bax: Rusiyanın 'Troll fabriki'ni 'Putinin aşpazı' kimi tanınan şəxs maliyyələşdirir

Başqa ölkələrdə isə sosial media ayrıca bir tribuna hesab olunur. Hətta Amerika seçkilərindən bir ildən çox vaxt keçsə də sosial şəbəkələrin bu siyasi kampaniyada rolu ilə bağlı araşdırmalar hələ də davam edir. Prezident seçkilərində Rusiyanın maliyyələşdirdiyi trolların saxta hesablar və səhifələr yaradaraq seçkilərə təsir etdiyi vurğulanır. ABŞ-da demokrat partiyasının tərəfdarları əmindirlər ki, bu saxta qruplar və hesablar vasitəsi ilə seçki vaxtı Amerika siyasətçiləri, o cümlədən Hillary Clinton haqda yanlış məlumatlar yayılıb.

Buna da bax: Saxta profili kim və necə müəyyənləşdirəcək?

Azərbaycanda isə hələlik hansısa seçki kampaniyasında sosial medianın imkanlarından kütləvi istifadə təcrübəsi məlum deyil. Əslində hakimiyyətin tənqidçiləri vurğulayırlar ki, ölkədə ümumiyyətlə ictimai rəyin seçkilərə təsiri ciddi deyil. Ona görə də siyasi qüvvələrin ictimai rəyi özlərinin xeyrinə dəyişmək üstündə də sosial şəbəkələrdə qızğın rəqabətləri yoxdur. Ölkədəki digər elektron və yazılı media vasitələri isə tamamilə hakimiyyətin nəzarəti altındadır.

XS
SM
MD
LG