Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

AzadlıqRadiosunun prezidenti Rusiya qanununu tənqid edir


Jamie Fly
Jamie Fly

Azad Avropa/AzadlıqRadiosunun prezidenti Jamie Fly dekabrın 4-də deyib ki, Rusiyanın “xarici agentlər” haqqında qanununa düzəliş onun təşkilatının Rusiyadakı yüzlərlə müxbirinin üzərinə təzyiqi daha da artıracaq.

Onun sözlərinə görə, bu müxbirlər Rusiyanı Kremlin nəzarətində olan medianın informasiyalarına alternativ xəbərlərlə təchiz edirlər.

Cənab Fly deyib ki, Putin tərəfindən dekabrın 2-də imzalanmış yeni qanun Rusiya hakimiyyət orqanlarına rəsmən xarici agent elan edilmiş mediada çalışan müxbirlərə də xarici agent damğası vurmaq imkanı verir:

"Bunlar müstəsna və fədakar jurnalistlərdir. Bu qanunla onların işinin hədəflənməsi və onların təhlükəsizliyinə hədə yaratmaqla susdurulmasına cəhd edilməsi, habelə Rusiya vətəndaşlarının etibarlı informasiya almaq haqqından məhrum edilməsi hiddət doğurur”.

Yeni qanuna görə xarici medialar Rusiya media qaydalarını pozan addım atdıqda hakimiyyət orqanlarına xarici agentlərin internet saytlarının və ya onların təsis etdiklərinin qurumların bağlanması imkanı verir.

Artıq 2017-ci ildə qəbul edilmiş köhnə qanuna əsasən Azad Avropa/AzadlıqRadiosunun doqquz xəbər platformasına “xarici agent” damğası vurulmuşdu.

Rusiyada xarici agentlərə dair ilk qanun 2012-ci ildə Vladimir Putin təkrar prezidentliyə qayıdarkən qalxmış kütləvi etiraz aksiyalarının ardınca qəbul edilmişdi.

Azad Avropa/AzadlıqRadiosunun Moskvada böyük bürosu və Rusiya boyunca yüzlərlə müxbiri var.

Radio bu yaxınlarda şimali Rusiya və Sibir regionundakı lokal hadisələri daha dolğun təhlil edə bilmək üçün özünün Sever.Realii və Sibir.Realii saytlarını yaradıb.

Bundan başqa radionun Şimali Qafqaz və Tatar-Başqırd xidmətləri daha çox regiona yönəlik rusdilli Kavkaz.Realii və Idel.Realii saytlarını açıblar.

XS
SM
MD
LG