Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:03

Putin hər yerdə ‘xarici agent’ görür – Qərb mediası


Karikatura
Karikatura

Dekabrın 2-dən Rusiyada “xarici agent” qanununa mediayla bağlı dəyişiklik qüvvəyə minib. Yəni artıq xarici media kontentinə link paylaşanlara belə “xarici agent” damğası vurula, ölkənin bürokratiya və hüquq-mühafizə sistemləri tərəfindən təqib oluna bilərlər. “Bloomberg” agentliyinin vebsaytında Leonid Bershidsky bu qanunun rusiyalı Maria Butina-nın ABŞ-da həbsxanada 15 ay keçirəndən sonra Moskvaya qayıtmasından sonra qüvvəyə minməsinə diqqət çəkir. Silah hüquqları fəalı olan Butina məhz xarici agent kimi qeydiyyatdan keçmədiyinə görə məhkum edilmişdi.

Yeni qanuna görə, xarici media orqanları Rusiya media qaydalarını pozan addım atdıqda hakimiyyət orqanları xarici agentlərin internet saytlarını bağlaya bilər.

Artıq ABŞ Konqresi tərəfindən maliyyələşən “Amerikanın səsi” və “AzadlıqRadiosu” da xarici agent kateqoriyasına salınıb. Azad Avropa/AzadlıqRadiosunun prezidenti Jamie Fly dekabrın 4-də deyib ki, Rusiyanın “xarici agentlər” haqqında qanununa düzəliş onun təşkilatının Rusiyadakı yüzlərlə müxbirinə təzyiqi daha da artıracaq.

“Deyək ki, Memorial insan haqları qrupunun əməkdaşı, yaxud xaricdəki qohumunun pul köçürdüyü bir şəxs Facebook-da AzadlıqRadiosunun bir yazısına link paylaşarsa, qanun işə düşə bilər. Həmin şəxs “agentlər”in xüsusi siyahısına salınacaq və şirkət kimi qeydiyyatdan keçməyə məcbur ediləcək ki, aldığı maliyyə dövlətə şəffaf olsun. “Amerikanın səsi” üçün işləyən rusiyalı jurnalist də bu qanuna görə xarici agentə çevrilir”, – müəllif yazır.

Xarici media rusiyalılar üçün nə vaxt agentə çevrilir

“Rusiya Ədliyyə Nazirliyi indi digər xarici media təşkilatlarının saysız rusiyalı üçün agent olub-olmamasını qərarlaşdırmalıdır, söhbət həmin media üçün çalışan, onların əhvalatlarını paylaşan rusiyalılardan gedir. Yalnız bundan sonra onlar vergi orqanları, polis üçün rəsmən şübhəliyə çevrilə, internet senzurası agentliyi isə onların vebsaytını bloklaya bilər”, – məqalədə deyilir.

Müəllif bu qanunun ABŞ-da son vaxtlar gündəmə gələn xarici agentlərin qeydiyyatına cavab sayır. Bu qanun əvvəllər daha çox peşəkar lobbiçilərə aid edilirdi. “Hətta ABŞ rəsmiləri belə bu qaydaları bəzən çaşbaş salırlar”, – yazan müəllif Butinanın Rusiya Mərkəzi Bank rəsmisi adından respublikaçı əməliyyatçılar və Milli Silah Assosiasiyası üzvləri ilə əlaqələr yaratmaq cəhdinə görə 18 ay həbsə məhkum edildiyini vurğulayır. Putin bu məsələdən qəzəblənmişdi. “Onlar qızı qamarlayır, dəmir barmaqlıqlar arxasında salır və buna görə heç bir dəlil göstərmirlər”, – o demişdi.

“Şəxsən mənə görə xarici agentlərin qeydiyyatı qanunu nə Rusiyada, nə də ABŞ-da böyük məntiq daşıyır. Casusluq aydın təsnif olunan, dünyanın hər yerində ağır cəzalandırılan cinayətdir”, – yazan müəllif siyasətçilərin “casusluğun” müxtəlif formalarından yalnız siyasi qazanc üçün faydalandığını vurğulayır.

2017-ci ildə qəbul edilmiş köhnə qanuna əsasən Azad Avropa/AzadlıqRadiosu-nun doqquz xəbər platformasına “xarici agent” damğası vurulub. Rusiyada xarici agentlərə dair ilk qanun isə 2012-ci ildə Vladimir Putin prezident postuna qayıdanda buna kütləvi etiraz aksiyalarının ardınca qəbul edilmişdi.

XS
SM
MD
LG