Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

Türkiyə və Rusiya hava əlaqəsini bərpa edir


Turkish Airlines
Turkish Airlines

Türkiyə və Rusiya bu gündən – iyulun 15-dən daimi hava əlaqəsini bərpa etməklə bağlı razılaşma əldə ediblər. Bu haqda “Anadolu” xəbər agentliyi Türkiyənin nəqliyyat və infrastruktur nazirliyinə istinadla xəbər verir.

Rusiyanın Nəqliyyat Nazirliyinin təmsilçisi bu açıqlamanı şərh etməyib. Rosaviasiya da şərh verməkdən imtina edib.

Türkiyənin “Turkish Airlines” aviaşirkətindəki mənbə RİA Novosti-yə deyib ki, hələlik, Rusiyaya uçuşların bərpasıyla bağlı konkret plan yoxdur, yəni reyslər planlaşdırılmayıb. Ancaq bundan öncə “Turkish Airlines” avqustun 1-dən Rusiya şəhərlərin reyslərə bilet satışına başlamışdı.

Səkkiz ölkə rusiyalı turistləri qəbul etməyə hazırdır

Rusiya turoperatorları assosiasiyası isə bildirib ki, səkkiz ölkə “günü sabahdan” rusiyalı turistləri qəbul etməyə hazırdır. Qurumun icraçı direktoru Maya Lomidze “İnterfax” agentliyinə demişdi ki, söhbət Türkiyə, Maldiv adaları, Kuba, Dominikan, Misir, Xorvatiya, BƏƏ və Meksikadan gedir. Bu ölkələrdən çoxu COVID-19 virusunun olmaması haqda arayış tələb edir və sərhədi keçəndə temperaturu yoxlayır.

Rusiya hökuməti isə iyulun 15-dən digər ölkələrlə beynəlxalq aviaəlaqəni bərpa etmək niyyətini açıqlamışdı. Ancaq bunun qarşılıq prinsipi əsasında gerçəkləşməsi istənilirdi – xarici ölkə də rusiyalıları qəbul etməlidir. Məlumata görə, son iki həftədə hər 100 min nəfərə 40-dan artıq yoluxmanın düşmədiyi ölkələrə uçuşlar icazə veriləcək.

Ancaq iyunun 30-da bəlli oldu ki, Avropa Birliyinin iyulun 1-dən sərhədləri açdığı ölkələrin siyahısında Rusiya yoxdur.

İndi Rusiyadan ancaq özəl, ya da xaricdə qalan rusiyalıların dalınca göndərilən təyyarələrdə çıxmaq olar. Bu təyyarələr boş getməmək üçün sərnişin götürürlər.

Koronavirus pandemiyası səbəbindən Rusiya martın 27-dən beynəlxalq hava əlaqəsini dayandırıb.

XS
SM
MD
LG