Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:03

Rusiyanın Paşinyana cavabını ekspert şərh edir


Rusiyanın Paşinyana cavabını ekspert şərh edir
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Rusiyanın Paşinyanın hərbi yardım xahişinə cavabı necə başa düşülməlidir? Nazirlərin Cenevrə görüşü nə vəd edir? Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl AzadlıqRadiosunun suallarını cavablandırıb.


Rusiya Xarici işlər Nazirliyi oktyabrın 31-dəki bəyanatında bildirir ki, iki ölkə arasında müqaviləyə görə, rəsmi Moskva Yerevana yalnız o halda lazım olan yardımı göstərəcək ki, hərbi toqquşmalar birbaşa Ermənistan ərazisində keçiriləcək.

Bu bəyanat Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə müraciətinə cavab olaraq hazırlanıb.

Oktyabrın 30-da isə İsveçrənin Cenevrə şəhərində Dağlıq Qarabağ və cəbhədəki hazırkı vəziyyətlə bağlı müzakirələr keçirilib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri ( Rusiyadan İgor Popov, Fransadan Stefan Viskonti, ABŞ-dan Andre Şofer) Azərbaycanla Ermənistan Xarici İşlər nazirləri ilə ayrı-ayrılıqda və birgə görüşlər keçiriblər.

Verilən məlumata görə, görüşlərdə münaqişənin həlli, cəbhə bölgəsində vəziyyət, beynəlxalq hüquq, humanitar atəşkəsə əməl edilməsi, mülki əhalinin atəşə tutulmasının yolverilməzliyi və başqa bu kimi məsələləri nəzərdən keçiriblər.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl hər iki xəbəri AzadlıqRadiosuna şərh edir.
XS
SM
MD
LG