Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:54

Belarusda 150-dən çox etirazçı saxlanıb


Minskdə etiraz aksiyası, 20 dekabr 2020
Minskdə etiraz aksiyası, 20 dekabr 2020

Dekabrın 20-də Belarusda təhlükəsizlik qüvvələri Alyaksandr Lukaşenkanın istefasını tələb edən 150-dən çox şəxsi saxlayıb.

“Vyasna” insan haqları qrupu etirazçıların əsasən Minsk, Qomel, Qrodna, Barisau və digər şəhərlərdə saxlandığını bildirir.

BMT 9 avqust seçkisindən sonra keçirilən etirazlarda ümumilikdə 27 mindən çox şəxsin saxlandığını bildirir. Onlara işgəncə verilməsi, pis rəftar olunması, bəzi şəxslərin ölməsi haqda mötəbər informasiyalar var.

***

Belarusda ‘Xalq tribunalı marşı’ keçirilir, həbs olunanlar var

Bu ilin avqustunda Belarusda keçirilən prezident seçkisinin nəticələrinə etirazlar hələ də davam edir.

Bazar gününə təyin edilən bu dəfəki "Xalq tribunalı marşı" nın onlarla fəalın həbsi ilə müşayət olunduğu xəbəri verilir. Təşkilatçılar sakinləri Minskdə və digər şəhərlərdə fərqli yerlərdə keçiriləcək "Xalq tribunalı marşı"na nə dəvət ediblər.

Müstəqil və müxalif nəşrlər həbslər zamanı çəkilən görüntüləri yayımlayırlar. Tut.by xəbər portalı oxucularına istinadən bəzi həyətlərdə polis və hərbi maşınların olduğunu bildirir. Hüquq-mühafizə orqanlarının əməkdaşları insanları saxlayır, onların ardınca düşür və maşınlara mindirib aparırlar.

9 avqust prezident seçkisindən sonra Lukashenka-nın səslərin 80 faizini yığması açıqlanandan sonra ölkəni kütləvi etirazlar bürüyüb.

Avropa İttifaqı Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan Alyaksandr Lukaşenkanı ölkənin legitim prezidenti kimi tanımadığını bəyan edib.

Bu barədə bəyanatı ittifaqın xarici işlər komissarı Josep Borrell sentyabrın 15-də verib.

XS
SM
MD
LG