Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:48

Vaksin xəbərləri: Avropa İttifaqı kütləvi peyvəndə yaşıl işıq yandırdı


Rusiyada da peyvəndləmə başlanıb
Rusiyada da peyvəndləmə başlanıb

Amsterdamda mənzillənən qurumun təsdiqindən sonra AB-nin 27 üzvünün ilin sonunadək vaksinasiyaya başlamasına yol açılır

Avropa İttifaqı dekabrın 21-də BioNTech və Pfizer şirkəti tərəfindən hazırlanmış koronavirus vaksininin 27 ölkədən ibarət blok boyunca vurulmasına icazə verib.

Vaksinin vurulmasına Milad bayramından dərhal sonra, dekabrın 27-dən başlanacaq.

Avropa İttifaqının icra komissiyası vaksinin vurulmasına yaşıl işıq yandırmazdan bir neçə saat əvvəl Avropa Tibb Agentliyi sözü gedən zərdabın təhlükəsizlik və keyfiyyət standartlarına cavab verdiyini bildirmişdi.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib ki, peyvəndləməyə bütün ittifaq boyunca eyni vaxtda başlanacaq.

O bildirib ki, bu, “çox çətin bir ili yaxşı başa vurmaq üçün səbəbdir”.

Associated Press xəbər verir ki, vaksinin təchizatına bu həftənin sonundan başlanacaq və peyvəndləmə Avropa boyunca dekabrın 27-si ilə 29-u arasında start götürəcək.

Xəbərdə deyilir ki, səhiyyə işçiləri və əhalinin daha böyük yoluxma riskinə malik təbəqələrinin vaksinasiyasına artıq başlanıb.

Bu qəbildən olan insanlara Britaniyada və ABŞ-da BioNTech-Pfizer vaksini vurulur.

***

Qazaxıstan Rusiyanın hazırladığı Sputnik V vaksininin istehsalına başladığını açıqlayıb. Gələn ilin əvvəlində ölkədə kütləvi peyvəndləmə layihəsini başlanacağını gözlənir.

Baş nazir Asqar Mamin dekabrın 21-də ölkənin mərkəzindəki Qaraqandı şəhərində farmaseptik kompleksdə vaksinin istehsalının açılışını edib.

Hökumətin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstanda kütləvi vaksinasiya planı 2021-ci ilin fevralında başlanacaq. İlk öncə tibb işçilərinə, müəllimlərə tələbələrə, hüquq-mühafizə əməkdaşlarına, yüksək risk qrupunda olanlara peyvənd vurulacağı gözlənir.

Peyvəndləmənin könüllü olacağı bildirilir.

Sputnik V artıq Rusiyada tibb işçilərin, digər risk qruplarına vurulur. Ancaq Avropa Birliyinin dərmanlar üzrə tənzimləyici orqanı onu hələlik dəyərləndirməyib.

Dekabrın 21-dək Qazaxıstanda koronavirusa 147 min 236 nəfərin yoluxduğu, onlardan 2 min 147 nəfərin vəfat etdiyi açıqlanıb.

***

AB də Pfizer-BioNTech vaksinini təsdiqləyəcək

Bu gün – dekabrın 21-də Avropa Tibb Agentliyinin (ingiliscə qısa adı –EMA) ABŞ-ın Pfizer və Almaniyanın BioNTech şirkətlərinin hazırladığı vaksinə yaşıl işıq yandıracağı gözlənir.

Amsterdamda mənzillənən qurumun təsdiqindən sonra AB-nin 27 üzvünün ilin sonunadək vaksinasiyaya başlamasına yol açılır.

EMA-nın təsdiqindən sonra Avropa Komissiyası bir neçə günün içində peyvəndin istifadəsini rəsmən imzalayacaq.

Qurumun qərarı gələn həftəyə gözlənirdi, amma AB üzvlərinin təzyiqi altında daha tez hərəkətə keçməli oldu. Britaniya, Kanada və Birləşmiş Ştatlar vaksini daha sürətli təsdiqləyiblər.

Agentlik Moderna şirkətinin vaksininin təsdiqlənməsinə yanvarın 6-da baxacaq.

Moderna-nın vaksini də təsdiqlənsə...

EMA komitəsi hər iki vaksinin bir il ərzində birlik ərazisində istifadəsinə Şərti Marketinq Səlahiyyəti verəcək.

İctimai səhiyyə böhranı zamanı agentliyin dərmana bu cür icazə vermək hüququ var.

Pfizer-BioNTech vaksini son mərhələ sınaqda 95 faiz, Moderna vaksini isə 94 faiz effektli olub.

Hər iki vaksin iki dozada bir neçə həftə aralığıyla vurulur.

Gələn aylarda Moderna vaksininin paylanmasının peyvəndləmə işini xeyli genişləndirəcəyi gözlənir, çünki onu 30 gün ərzində soyuducu temperaturunda saxlamaq olar.

Pfizer vaksini isə mənfi 70 Selsidə daşınmalı və saxlanmalıdır, standart soyuducu temperaturunda cəmi 5 gün saxlana bilər. Bu şərtlər onun paylanmasını çətinləşdirir.

Hazırda dünyada 76 milyondan artıq insanın yeni koronavirusa yoluxduğu bildirilir. Onlardan 1 milyon 700 minə yaxını vəfat edib.

XS
SM
MD
LG