Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:36

Xaşoqinin qətlilə bağlı hesabat gözlənir – Qərb mediası


Camal Xaşoqi
Camal Xaşoqi

ABŞ kəşfiyyat orqanlarının 2018-ci ildə gəldiyi qənaətə görə, qətli güman ki şahzadə sifariş verib. Bu haqda xəbər mediası yazsa da, rəsmi informasiya açıqlanmadı

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin jurnalist Camal Xaşoqinin qətlində oynadığı rol barədə qənaətini açıqlamalıdır. “The Associated Press” yazır ki, indi vacib olan bundan sonra nə baş verəcəyi – Co Bayden administrasiyasının nə edəcəyidir.

ABŞ kəşfiyyatının hesabatı yayılmazdan öncə Bayden fevralın 25-də Səudiyyə Kralı Salmanla danışıb. Bu, Bayden vəzifəyə gələndən tərəflər arasında ilk söhbət idi. Ağ evin məlumatında söhbətdə qətl, yaxud hesabatdan söz açıldığı qeyd olunmur.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın tənqidçisi Camal Xaşoqi 2018-ci il oktyabrın 2-də İstanbuldakı konsulluqda qətlə yetirilib, bədəni üzvlərə doğranıb. Jurnalistin qalıqları tapılmayıb.

ABŞ kəşfiyyat orqanlarının 2018-ci ildə gəldiyi qənaətə görə, qətli güman ki şahzadə sifariş verib. Bu haqda xəbər mediası yazsa da, rəsmi informasiya açıqlanmadı.

Dünənki söhbətdə isə tərəflərin iki ölkə arasındakı “davamlı tərəfdaşlığ”ə müzakirə etdiyi bildirilir.

Sanksiyalar istəyirlər, amma...

Şahzadənin tənqidçiləri Baydendən ona qarşı sərt sanksiyalar gözləyirlər. Onlar narahatdırlar ki, Bayden bunun əvəzində sadəcə baş verənləri pisləyər, ABŞ-ın strateji müttəfiqi ilə qarşıdurmaya getməz. Söhbət Səudiyyənin neft ehtiyatlarından, Yaxın Şərqdə İrana qarşı yaratdığı balansdan gedir.

“Bunlar iki-üç il ərzində baş verənlərdir. Təsəvvür edin k, o, 40 il hakimiyyətdə qalsa nə baş verər”, - Birləşmiş Ştatlarda sığınacaq almış səudiyyəli Abdulla əl Ud deyib. Onun atası Səudiyyədə 2017-ci ildə həbs olunub. Səbəb isə krallığı Qətərlə barışığa çağıran tvit yazması olub.

“Bu adam dünyanı öz pis əməliyyatları üçün səhnə kimi görür”, – Xaşoqinin qətlindən sonra yaradılmış insan haqları qrupunun üzvü olan Ud vurğulayıb.

Şahzadə 2019-cu ildə qətlə görə “tam məsuliyyəti” götürsə də, onu sifariş etmədiyini söyləyib.

Münasibətlərdə gərginlik gözlənir

“The Washington Post” yazır ki, Prezident Bayden ABŞ-Səudiyyə münasibətlərinə yenidən baxacağını vəd edib. O, Səudiyyə kralı ilə söhbətindən öncə sözügedən hesabatı oxuduğunu deyib.

“Səudiyyə Ərəbistanı dünyada ABŞ silahlarının ən böyük müştərisidir, regionda İranın siyasi ambisiyalarını önləmək yönündə müttəfiqi hesab olunur. Amma ölkənin dissidentlərə qarşı repressiyası və Yəməndə davam edən müharibə Vaşinqtonda getdikcə daha çox tənqid olunur. Bayden administrasiyasının hesabatı yayması isə münasibətləri gərginləşdirə bilər”, - məqalədə deyilir.

XS
SM
MD
LG