Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:00

Baş prokuror Koçaryanın cinayət işini bağlamaq istəmir


Ermənistanın baş prokuroru Artur Davtyan
Ermənistanın baş prokuroru Artur Davtyan

Ermənistanın baş prokuroru Artur Davtyan aprelin 1-də keçmiş prezident Robert Koçaryan və onun işi üzrə keçən başqalarının cinayət işi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Ermənistan Baş Prokurorluğunun müraciətində Konstitusiyanın Cinayət Prosessual Məcəlləsinin (CPM) bəzi müddəalarına uyğunluğu məsələsi mübahisələndirilir.

Söhbət cinayət işinin məhkəmə araşdırması mümkün olmayan hallarda prokurorluğu işə xitam verməyə, məhkəməni isə araşdırmanı dayandırmağa təhkim edən maddələrdən gedir.

Baş prokurorun fikrincə, CPM-in sözü gedən müddəaları müttəhimə qarşı prosessual hərəkətlərin maddəsi dəyişdirilərək davam etdirilməsinə imkan vermir.

Davtyan qeyd edir ki, bu isə öz növbəsində “1 mart” hadisələri işi üzrə zərəçəkənləri məhkəmə qaydası ilə müdafiədən məhrum edir.

Vəkillər cinayət işinin bağlanmasını tələb edirlər

Baş prokurorun fikrincə, Robert Koçaryana qarşı cinayət təqibinin dayandırılması yalnız Konstitusiya Məhkəməsi bu məsələ barədə qərar verəndən sonra mümkün ola bilər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Konstituisya Məhkəməsi bir həftə bundan əvvəl Cinayət Məcəlləsinin 300.1 maddəsinin Konstitusiyaya uyğunsuzluğu barədə hökm çıxarıb.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan məhz bu maddə ilə ittiham olunurdu.

Koçaryanın vəkilləri sözü gedən maddənin ləğvindən dərhal sonra Koçaryan, habelə işin başqa fiqurantları – ODKB-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş baş nazir Armen Gevorkyan barəsində cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıblar.

Maddənin olmaması cinayətin olmaması deyil

Prokror Gevork Bağdasaryan deyib ki, işi aparan hakim də eyni məzmunda Konstitusya Məhkəməsinə müraciət etməlidir.

İttiham tərəfi hesab edir ki, Xaçaturov və Ohanyana qarşı həbs qətimkan tədbiri ləğv olunmalı, lakin Koçaryan və Gevorkyan barədə bu tədbir qüvvədə saxlanmalıdır, beləki onlar həm də rüşvət maddəsi üzrə ittiham olunurlar.

Sadə dildə deyilərsə, Baş Prokurorluq hesab edir ki, müvafiq maddənin olmaması konkret cinayətin olmaması anlamına gəlmir.

Robert Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə ittiham olunurdu.

Məhkəmə qərarının aprelin 6-da elan ediləcəyi gözlənilir.

XS
SM
MD
LG