Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:46

Blinken Ukraynaya dəstək bildirir


Entoni Blinken Kiyevdə
Entoni Blinken Kiyevdə

Ukraynanın ABŞ-dan daha çox hərbi yardım əldə etməyə çalışacağı gözlənir

Kiyevdə səfərdə olan ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə Vaşinqtonun sadiqliyini bir daha vurğulayıb. O, Prezident Co Bayden administrasiyasının Kiyevə səfər edən ilk aparıcı rəsmisidir.

“Mən çox sadə bir səbəbdən burdayam, Prezident Baydenin adından ölkələrimiz arasında tərəfdaşlığı, Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə sadiqliyimizi güclü şəkildə vurğulamaq istəyirəm”, – Blinken Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba ilə mayın 6-da görüşərkən deyib.

Blinkenin birgünlük səfərinin məqsədi Rusiya ilə yüksək gərginlik yaşayan ölkəyə güclü dəstək mesajı verməkdir.

Kuleba Blinkenə deyib ki, Kiyev ölkənin şərqində Moskvanın dəstəklədiyi separatçılarla mübarizədə ölkəsinə ABŞ tərəfindən yardımı “yüksək dəyərləndirir”.

Blinken mayın 5-də Twitter-də yazıb ki, səfəri “Rusiyanın davamlı təcavüzünü müzakirə etməkdən ötrü vacib imkan olacaq”.

Zelenskinin istəyi

Amerikalı diplomat Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna parlamentinin üzvləri, vətəndaş cəmiyyəti liderləri ilə də görüşməlidir.

Zelenski deyib ki, Ukraynanın NATO hərbi alyansına qoşulmaq arzusuna Birləşmiş Ştatlardan güclü dəstək siqnalları eşitmək istəyir.

Ukraynanın həmçinin ABŞ-dan daha çox hərbi yardım əldə etməyə çalışacağı gözlənir.

2014-cü ildən bəri ABŞ Ukraynaya ümumilikdə 4.6 milyard dollardan artıq yardım göstərib.

Həmin il Rusiya Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başladı. O vaxtdan münaqişədə 13 mindən çox insan həlak olub.

Birləşmiş Ştatlar özəlliklə enerji sektoru olmaqda Ukraynada korrupsiyadan narahatdır.

Blinken mayın 6-da Kulebaya deyib ki, Vaşinqton “sizinlə işləyəcək, demokratiyanızı gücləndirməyinizə, institutlarınızı qurmağınıza, korrupsiyaya qarşı islahatları irəli aparmağınıza kömək edəcək”.

XS
SM
MD
LG