Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:54

Rusiya XİN: Qarabağ ayrı, Azərbaycan-Türkiyə əlaqələri ayrı...


Prezidentlər İ.Əliyev və R.T.Ərdoğan Şuşada
Prezidentlər İ.Əliyev və R.T.Ərdoğan Şuşada

“Dağlıq Qarabağı Azərbaycanın, yaxud Ermənistanın üçüncü ölkələrlə ikitərəfli münasibətlərinə qatmağı düzgün saymırıq"

“Dağlıq Qarabağı Azərbaycanın, yaxud Ermənistanın üçüncü ölkələrlə ikitərəfli münasibətlərinə qatmağı düzgün saymırıq. Azərbaycanla Türkiyənin yüksək səviyyədə son kontaktlarına məhz bu müstəvidə baxırıq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 17-də keçirdiyi brifinqdə deyib.

İki mövzunu qarışdırmaq düzgün deyil...

Sözçüdən Türkiyə Prezidenti Receb Tayyib Ərdoğanın iyunun 15-16-da Şuşaya səfəri haqda soruşublar. Zaxarova deyib ki, regionda ikitərəfli, eləcə də hərbi sahədə münasibətlər digər ölkələrə qarşı qoyulmamalıdır.

“Bakıyla Yerevan, eləcə də Yerevanla Ankara arasında dialoqun normallaşdırılmasına yönəlik addımları hər vəchlə dəstəkləyirik. Cənubi Qafqazda qarşılıqlı əməkdaşlıq xoş qonşuluq, regiondakı bütün ölkələrin maraqlarını nəzərə alaraq inkişaf etdirilməlidir”, – Zaxarova deyib.

Rusiyanın Ərdoğanla Prezident İlham Əliyevin imzaladığı Şuşa bəyannaməsinə münasibətinə gəlincə, Zaxarova bir daha vurğulayıb ki, iki mövzunu qarışdırmaq düzgün deyil. Bir mövzu birbaşa Dağlıq Qarabağdır, digəri isə Azərbaycanın üçüncü ölkələrlə münasibətləridir.

Şuşa Bəyannaməsində tərəflərdən birinin təhlükəsizliyi və suverenliyinə təhdid yaranacağı halda hərbi əməkdaşlığı nəzərdə tutur.

Türkiyəli alim: "Şuşa bəyannaməsi"hərbi ittifaq müqaviləsidir"
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Rusiya təmsilçiləri sərhəddə olublar

XİN sözçüsünü verilən suallardan birində deyilir ki, Rusiya Silahlı Qüvvələrinin təmsilçiləri bu günlərdə Ermənistanla Azərbaycanın sərhədində olublar, qoşunların geri çəkiləcəyi halda Rusiya sərhədçilərinin yerləşdirilə biləcəyi əraziləri nəzərdən keçiriblər. Rusiyanın vasitəçiliyi ilə danışıqların nəticəsi olubmu? Zaxarova deyir ki, Rusiya gərginliyin azaldılması üçün fəal vasitəçilik səyləri göstərməkdədir.

“Son həftələr gərginliyi ümumilikdə azaltmağa nail olunub. Sərhəd mübahisəsinin tənzimlənməsi üzrə məsləhətləşmələr davam etdiriləcək. Problemin davamlı və uzunmüddətli həllindən ötrü iki ölkənin sərhədlərinin delimitasiyası, daha sonra demarkasiyası üzrə işlər sürətlə başlanmalıdır. Bu prosesdə ən fəal şəkildə əməkdaşlığa hazır olduğumuzu təsdiqləyirik”, – sözçü deyib.

Ermənistan mayın 12-də Azərbaycanın onun ərazisinə bir neçə kilometr girdiyini iddia edib. Azərbaycan isə sərhəd mövqelərini möhkəmləndirdiyini bildirir.

Ötən payız 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG