Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:20

Virus Çində oktyabrdan yayılıbmış?


Vuhanda bazar
Vuhanda bazar

Çinin xəstəliklərə nəzarət üzrə tədqiqatçısı dövlət mediasına deyib ki, Çinin iki vaksininin yaratdığı antcismlər delta variantına qarşı az təsirlidir, amma yenə də müəyyən qoruma yaradır

COVID-19-a səbəb olan virus 2019-cu ilin oktyabrından Çində yayılmış ola bilərdi, yəni, Vuhan şəhərində aşkarlanandan iki ay öncə. Cümə günü – iyunun 25-də bu haqda tədqiqat açıqlanıb.

“Reuters” yazır ki, Britaniyanın Kent Universitetinin tədqiqatçıları xüsusi metodla SARS-CoV-2-nin 2019-cu il oktyabrın əvvəlindən noyabrın ortasınadək artıq mövcud olduğunu müəyyənləşdiriblər. Araşdırma “PLOS Pathogens” dərgisində çıxıb.

Alimlərin fikrincə, virusun peyda olma tarixi, çox güman, 2019-cu ilin 17 noyabrına düşür və 2020-ci ilin yanvarında artıq qlobal miqyasda yayılmışdı.

Bazara çatmazdan...

Çin ilk dəfə 2019-cu ilin dekabrında COVID-19-a yoluxmanı qeydə alıb və bunu Vuhandakı Huanan dəniz heyvanları bazarı ilə əlaqələndirib.

Di gəl, ilk yoluxmalardan bəzilərinin Huanan ilə bağlılığı olmayıb. Bu da SARS-CoV-2-nin bazara çatmazdan öncə artıq yayıldığını göstərir.

Martın sonunda Çinlə Dünya Səhiyyə Təşkilatının dərc etdiyi birgə araşdırmada da deyilirdi ki, Vuhandakı yoluxmalardan öncə insanlar arasında sporadik yoluxmalar ola bilərdi.

Sietldəki Fred Hutchinson Xərçəng Tədqiqatları Mərkəzindən Jesse Blum Çində erkən yoluxmalarla bağlı pozulmuş datanı bərpa edib. Dataya görə, Huanandan götürülmüş nümunələr ümumilikdə SARS-CoV-2-ni təmsil etməyin, daha öncə yayılmanın variant olub.

Data niyə pozulub?

ABŞ-ın Mili Səhiyyə İnstitutu “Reuters”ə deyib ki, nümunələr 2020-ci ilin martında xüsusi arxivə təqdim olunub, amma sonradan çinli təhqiqatçıların xahişilə pozulub. Təhqiqatçılar onların yenilənəcəyini və başqa arxivə təqdim olunacağını deyiblər.

Tənqidçilərin fikrincə, elə bu addım Çinin COVID-19-un mənşəyini gizlətməyə çalışdığını göstərir.

Avstraliya alimlərinin apardığı araşdırmada isə genomik datadan istifadə olunub, SARS-CoV-2 insan reseptorlarına digər canlılardan daha asan yapışdığını üzə çıxarıb. Bu isə virusun peyda olanda insanlara artıq adaptasiya olunduğu deməkdir.

Avstraliyadan yoluxucu xəstəliklər üzrə ekspert Dominik Dayerin fikrincə, bu heç də virusun “insan istehsalı” olması anlamına gəlmir. “Belə qənaətlər spekulyativdir”, – o, sözlərinə əlavə edib.

Çin vaksinlərinin delta ştammına təsiri

“Reuters” digər məqaləsində Çin vaksinlərinin virusun delta variantına qarşı az effektli olduğunu yazır.

Çinin xəstəliklərə nəzarət üzrə tədqiqatçısı dövlət mediasına deyib ki, Çinin iki vaksininin yaratdığı antcismlər delta variantına qarşı az təsirlidir, amma yenə də müəyyən qoruma yaradır.

İlk dəfə Hindistanda aşkarlanmış delta ştammı yüksək yoluxuculuğu ilə fərqlənir və getdikcə xəstəliyin dominant variantına çevrilir.

Fenq Zijian iyunun 24-də Çin Mərkəzi Televiziyasına müsahibəsində əlavə detalları açıqlamayıb.

XS
SM
MD
LG