Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:47

İran Talibanla neyləyəcək


İrandan keçərək Türkiyəyə gedən əfqanlar, 17 avqust, 2021-ci il
İrandan keçərək Türkiyəyə gedən əfqanlar, 17 avqust, 2021-ci il

Əfqanıstanla 900 kilometr sərhədi olan İranda 3 milyondan çox əfqan yaşayır.

İran son illər keçmiş düşməni Talibanla işlək münasibətlər qurub və hazırda bu islamçı qruplaşmanın Əfqanıstanda hakimiyyətə keçməsini diqqətlə izləyir. Qaçqın axını, mümkün sabitsizlik, terrorçuların qonşu ölkədə özünə daimi yer eləməsi Tehranı ənidşələndirən məsələlərdir.

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Gülnaz İsfəndiyari İran rəsmilərinin məsələni ehtiyatla götür-qoy etdiyini yazır. Son illər qruplaşma təmsilçilərinə yer belə ayırmış Tehran hələlik, qruplaşma ilə açıq kontakta keçməyib.

Rəsmi açıqlamalar

Kabilin avqustun 15-də silahlıların əlinə keçməsindən sonra yeni prezident İbrahim Rəisi və vəzifədən getməkdə olan Xarici işlər naziri Məhəmməd Cavad Zərif Talibanın adını çəkməyib.

“Ordunun məğlubiyyəti və ABŞ-ın Əfqanıstanda çəkilməsi bu ölkədə həyatın, təhlükəsizliyin, davamlı sülhün bərpasına fürsət yaratmalıdır”, – Rəisi avqustun 16-da Zərifə deyib.

Prezidentin andiçmə mərasiminə əfqanıstanlı həmkarı Əşrəf Qani də qatılmışdı.

Bundan bir neçə saat öncə isə Zərif tvitində yazıb ki, “zorakılıq və müharibə, işğal problemləri heç vaxt həll etmir”. O, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzainin “əfqan liderlərin koordinasiya şurası”nın yaradılması haqda açıqlamasını alqışlayıb.

Təhlilçilərin fikrincə, İran qərb qonşusunda maraqlarını ən yaxşı formada necə təmin etməyi nəzərdən keçirir. Tehran keçmişdə həm açıq şəkildə Əfqanıstan hökumətini dəstəkləyirdi, həm də Talibanla əlaqələri inkişaf etdirirdi.

İran bu islamçı qruplaşmanı “Əfqanıstanın bugünkü reallığının bir hissəsi” adlandırıb, “gələcəkdə həllin tərkib hissəsi” olmasının vacibliyini vurğulayıb.

Özlərini o yerə qoymasalar da...

“İran liderləri özlərini o yerə qoymurlar. Onlar ABŞ-ın çıxmasını əfqan xalqının qələbəsi kimi qeyd ediblər ki, bu da əslində, Talibana dəstək demək idi”, – Avstraliyanın Deakin Universitetində Yaxın Şərq və Orta Asiya siyasəti üzrə professor Şahram Əkbərzadə deyib.

Əkbərzadənin sözlərinə görə, Tehran Əfqanıstanın gələcək hökumətilə “səmimi olmasa da peşəkar” münasibətlərə ümid bəsləyir. Eyni zamanda Talibanın şiələrə qarşı olacağı, hazar azlığını təqib edəcəyi, antiiran siyasəti yürüdəcəyi ilə bağlı narahatlıq da var.

“Bu, İranı həddən artıq əndişələndirir. Geostrateji nöqteyi-nəzərdən bu, Səudiyyənin Əfqanıstan üzərində təsirini asanlaşdırmaq olar. Əfqanıstanda antişiə və antiiran hökumət Tehran üçün ciddi təhlükəsizlik problemləri yaradar, əfqan ərazisini antiiran terror qruplarının sığınacağına çevirər”, – o deyib.

Tehranda yaşayan, adının çəkilməsini istəməyən müşahidəçi isə qeyd edir ki, İran “antiamerikan mövqeyi ilə milli maraqlarını, o cümlədən sərhədlərində təhlükəsizliyi” balanslaşdırmağa çalışır.

Qaçqın axını

İranın Əfqanıstanda keçmiş müvəqqəti işlər vəkili Əbdülməhəmməd Tahiri rəsmi IRNA agentliyinə deyib ki, ölkəsinin Əfqanıstanda “nüfuzu”, həmçinin müxtəlif qruplarla iş təcrübəsi var, əfqan xalqının əziyyət çəkmənməsi və İranın təhlükəsizliyi naminə Talibana təzyiq göstərə bilər.

Tahiri ABŞ qüvvələrinin Əfqanıstandan çıxmasını Talibanın ildırım sürətilə irəliləməsinə yol açan “xəyanət” adlandırıb. O, Tehranın bu dəyişikliyin “ən mənfi nəticələri” ilə üzləşəcəyini bildirib. Ekstremist İslam Dövləti (İD) və Al-Qaeda terror qruplaşması üzvləri daxil olmaqla qaçqın axını da gözlənir.

Əfqanıstanla 900 kilometr sərhədi olan İranda 3 milyondan çox əfqan yaşayır.

Taliban 1998-ci ildə Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhəri tutanda yeddi iranlı diplomat və bir jurnalist öldürülmüşdü. Amma son illər iki ölkə müəyyən əlaqələr qurub. Talibanın hökumət qüvvələrinə qarşı uzunmüddətli müharibəsində İranın ona silah göndərdiyi də iddia olunub. Tehran isə ittihamları təkzib edib.

Tehranın avqustun 17-də bildirməsinə görə, Əfqanıstandakı beş missiyasından 3-nün heyəti Kabildən işləyir, amma əməkdaşların sayı kəskin azaldılıb.

XS
SM
MD
LG