Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:55

Türkiyənin «Yüksek Sadakat» qrupu Bakıda


"Siyasi mesajlar çatdırmaq istəsəydik...musiqiçi olmazdıq"
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00
Direct-ə keçid

Türkiyənin rok qrupu Yüksek Sadakat Azərbaycanda səfərdə olub. Qrupun gitaristi Serkan Özgen son zamanlar Azərbaycanda rok konsertlərin təxirə salınmasına da münasibət bildirib. Rok qrupun geniş müsahibəsinə sabah baxa bilərsiz.

«Azad bir dünyada yaşayırıq. Musiqiçilər rahat şəkildə konsertlər təşkil etməlidir»

Bunu Türkiyəni «Eurovision-2011» musiqi yarışmasında təmsil edəcək «Yüksek Sadakat» rok-qrupunun gitaristi Serkan Özgen deyib.

Bakıda ictimai məzmunlu mahnılar ifa edən Araz Elsəs, Azər Məmmədov və «H.O.S.T» qrupunun üzvü Qaraqanın konsertlərinin təxirə salınmasına münasibət bildirərkən:

«Bilmirəm azərbaycanlı musiqiçi dostlarımızın nə oxuduğunu, konsertlərinin niyə yasaqlandığını. Əgər deyilən səbəblər doğrudursa, üzüldüm həmin musiqiçilərin Bakıda konsert verə bilməməyinə».

Serkan Özgenin fikrincə, musiqiçi siyasətçi olmasa da, ölkədə gedən ictimai proseslərə yeri gəldikcə münasibət göstərməlidir:

«Biz siyasətlə bağlı olsaydıq, siyasətçi olardıq. Buna görə də bizim ifamız siyasi motivli olmur. Amma rok musiqisinin təbiətində olan azadlıq, etiraz istər-istəməz bizim də deyəcək sözümüz olduğunu labüd edir. bunları da yeri gələndə demək lazımdır. Məsələn, ölkəmizdə - Türkiyədə atom elektrik stansiyasının qurulub- qurulmaması gündəmdədir. Buna biz musiqiçilər olaraq «yox» deyə bilməliyik. Əgər bu siyasi baxışdırsa, mən öz baxışlarımı bu cür dilə gətirirəm. Tutalım, «Hasankeyf» (Türkiyənin cənub şərqində - Batmanda yerləşən qədim yaşayış yeri, qoruq) sular altında qalacaq. Orda bənd tikiləcək. Biz, məsələn, getdik «Hasankeyfə» «Yox» dedik, «dayandırın bunu» dedik, çünki bura mədəni mirasdır, su altında qalmasın. Yəni bu formada biz özümüzü, siyasi görüşlərimizi ifadə edirik. Mahnılarımızın içində müəyyən qədər ictimai mövzular var, amma dediyim kimi, konkret siyasi mesajlar deyil, əgər siyasi mesaj vermək istəsəydik, biz siyasətçi olardıq».

«Yüksek Sadakat» Azərbaycana «Eurovision 2011 » yarışmasının tanıtma turu çərçivəsində gəlib.

Qrup Almaniyanın Düsseldorf şəhərində keçiriləcək müsabiqənin mayın 10-da keçiriləcək I yarımfinal mərhələsində «Live it up» mahnısı ilə çıxış edəcək.

«Yüksek Sadakat» qrupunu 1997-ci ildə bəstəkar və bas gitaraçı Kutlu Özmakinaçı yaradıb.

Qrupun vokalçısı Kenan Vural, gitaraçısı Serkan Özgen, bas gitaraçısı Kutlu Özmakinaçı, klaviş ifaçısı Uğur Onatkut, baraban ifaçısı isə Alpay Şaltdır.

Qrup 2008-ci ilin sonlarında TRT-dən daxil olan təklif əsasında «TRT Radio1»-də bir il müddətində «Ehtimallar dənizi» proqramını təqdim edib. 2009-cu ildə Avropa turnesinə çıxan «Yüksek Sadakat» qrupu Almaniya, Niderland, Belçika və İsveçrədə 7 konsert verib. Bu günədək 3 albomu işıq üzü görən qrupu TRT 2011-ci ildə Düsseldorfda keçiriləcək «Eurovision» mahnı müsabiqəsində Türkiyə təmsilçisi kimi seçib.
XS
SM
MD
LG