Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:43

Mubarakın oğlu korrupsiya ittihamı ilə istintaqa çəkilir


Gamal Mubarak (solda) atası keçmiş prezident Housni Mubarak
Gamal Mubarak (solda) atası keçmiş prezident Housni Mubarak
Misirn devrilmiş prezidenti Hosni Mubarakın kiçik oğlu Gamal gələn həftə korrupsiya ittihamları ilə istintaqa ifadə verəcək. Dövlət mediası onun necə varlanması barədə suallara cavab verməli olacağını yazır.

Keçən həftə Misirdə Mubarakın dövründə rüşvətxorluq və korrupsiya hallarının araşdırılması üçün xüsusi istintaq qrupu yaradılıb. Rəsmi məlumata görə, cümə günü Prezident Administrasiyasının keçmiş rəhbəri Zakaria Azmi də istintaqa çağırılıb.

Gamal Mubarak atasının partiyasında yüksək vəzifə tuturdu. Misirdə belə fikirlər gəzirdi ki, Mubarak özündən sonra hakimiyyəti ona ötürmək istəyir. Ona qarşı etrazlada səslənən əsas ittihamlardan biri də Mübarəkin oğlu ilə bağlı varis planı idi

Bu il fevralın 11-də 18 günlük mitinqlərdən sonra Mubarakın 30 illik hakimiyyətinə son qoyuldu. Amma etiraz aksiyalarının qızğın vaxtında Gamal özü prezidentlik fikrində olmadığını deyirdi.

Mubarakdan sonra hakimiyyəti ələ almış Hərbi Şura onun komandasına daxil olmuş şəxslərə qarşı daha sərt tədbirlər görmək üçün təzyiqlər altındadır. Ötən həftənin cümə günü minlərlə adam Qahirənin mərkəzinə toplaşraq Mübarək ailəsinin qanunsuz varlanma və korrupsiya ittihamları ilə məhkəməyə çıxarılmalarını tələb ediblər.

İslahatçı müxalifət rəhbərləri Mubarak və onun komandasının xarici banklarda dondurulan pullarının Qahirəyə qaytarılmaını tələb edirlər.

Hərbi Şuranın da bu tələbləri yerinə yetirməyə çalışdığı hiss olunur. Keçən həftə Mubarak dövrünün daha 3 yüksək vəzifəli şəxsinin Misiri tərk etmələrinə qadağa qoyulub. Onların bank hesabları da dondurulub.

Mubarakın isə Misirdə Şarm əl-Şeyx istirahət zonasında ev dustağı kimi saxlandığı bildirilir. Yerli MENA informasiya agentliyinin məlumatına görə keçmiş prezidentin özü də maliyyə xaraketli araşdırmalara cəlb olunub. Hosuni Mubarakın özünün, arvadının, oğlanları Alaa və Gamalın, eləcə də onların arvadlarının ölkəni tərk etməyə qadağa qoyulub. Baş prokuror onların bank hesablarının da dondurulması barədə qərar verib.

Məhkəmə istintaq dövründə Mubarakın bir neçə nazirinin, eləcə də onun rəhbərlik etdiyi Milli Demokrat Partiyası liderlərinin Misirdən çıxmalarına qadağa qoyub. Onların bəziləri haqqında hazırda korrupsiya ittihamları ilə məhkəmə gedir.
XS
SM
MD
LG