Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

Lapshin-i Bakıya aparacaq təyyarə artıq Minskdədir


Alexander Lapshin
Alexander Lapshin

Dünən – yanvarın 26-da Minsk məhkəməsi bloqqer Aleksandr Lapshin-in apellyasiyasına baxıb və onun Bakıya ekstradisiyası haqda qərarı qüvvədə saxladığını elan edib.

İsrailin «Haaretz» qəzeti diplomatların Bakıya əngəl olmaq cəhdlərinin, hələ ki, nəticə vermədiyini, əməkdaşlıq davam etdirilsə də, nəyəsə nail olacaqlarına artıq inanmadıqlarını yazır.

A.Lapshin dekabrda Minskdə Bakının tələbiylə tutulub. Səbəb onun Qarabağa dəfələrlə Bakının icazəsi olmadan səfər etməsi, Qarabağı «müstəqil ölkə» adlandırması, Azərbaycandakı rejimi tənqid etməsidir. 40 yaşlı bloqqer həm İsrail, həm də Rusiya vətəndaşıdır. Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu günlərdə mətbuatla görüşündə A.Lapshin-in ekstradisiyasına imkan verilməyəcəyinə işarə etmişdi. Bu isə İsrailin bloqqeri azad etdirmək ümidlərini artırmışdı.

Buna da bax-Bloqqer prezidentə bağışlanma məktubu göndərib

«Haaretz»in yazdığına görə, hətta Moskvadakı səfir Gary Koren Rusiyanın xarici işlər nazirinin müavini Sergei Ryabkov-la görüşüb, Moskvanın Bakıya təsir göstərməsini istəyibmiş.

BAKI TƏKLİFİ RƏDD EDİB

Bütün bunlara rəğmən, yanvarın 18-də Belarusun baş prokurorunun müavini Alyaksey Stuk A.Lapshin-in ekstradisiyası haqda sərəncam imzalayıb. Bloqqerin vəkili sərəncama etirazını bildirərək, məhkəməyə müraciət edib. Minsk məhkəməsinin dünənki qərarından sonra Belarusun Ali Məhkəməsinə müraciət göndərilib, Ali Məhkəmə məsələyə fevralın 4-də baxacaq. «Haaretz» qəzeti isə İsrail rəsmilərinə istinad edərək, bloqqeri Bakıya aparacaq təyyarənin artıq Minskə endiyini yazır.

Keçən həftə İsrail rəsmiləri daha nikbin idilər. Onlar bloqqerin Azərbaycan prezidentindən yazılı üzr istəməsini, bununla da məsələnin bağlanmasını istəyirdilər. Ancaq Bakı məsələyə gözlənildiyindən prinsipial yanaşıb, «Haaretz»in bir İsrail rəsmisindən aldığı bilgiyə görə, bu təklifi də rədd edib.

Təhvil verilsə, A.Lapshin-i Azərbaycanda 8 ilə qədər həbs cəzası gözləyir.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Minski bloqqeri şərtsiz azadlığa buraxmağa çağırıb.

XS
SM
MD
LG