Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:22

Almaniyadan Ukraynaya tanklar, Rusiyaya 'qoşunları çıxart' çağırışı


Almaniya kansleri Olaf Şolts Ukrayna hərbçilərinin təlim keçdiyi Oldenburqda Flakpanzer Gepard tankının qarşısında
Almaniya kansleri Olaf Şolts Ukrayna hərbçilərinin təlim keçdiyi Oldenburqda Flakpanzer Gepard tankının qarşısında

Reuters yazır ki, Almaniya hökuməti hazırda Gepard tankları üçün sursat istehsalı ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparır

Almaiya Ukraynaya 7 Gepard tankının göndərilməsinə hazırlaşır. Almaniya hökumətinin rəsmi saytında deyilir ki, bundan əvvəl Kiyevə 30 hava hücumundan müdafiə tankı göndərilib və bunlar artıq döyüş meydanındadır.

Spiegel jurnalı yazır ki, sözü gedən tanklar bundan əvvəl metal qırıntısı kimi təhvil verilməli idi, amma 2023-cü ilin yazında Ukraynaya veriləcək.

Reuters agentliyi yazır ki, 7 Gepard tankı hazırda Münhendə mənzillənmiş Krauss-Maffei Wegmann zavodunda təmir edilir.

Hökumət tankların dəqiq çatdırılma vaxtını bildirməyib. Məlumatda deyilir ki, tankların çatdırılma tarixi onları təmir edən zavoddan asılı olacaq.

Krauss-Maffei Wegmann Reuters-in sorğusuna cavab verməyib.

Ermənistan peşəkar ordu yaradır, əsgərlərə ayda 1000 dollar və ev vəd edir
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

İsveçrənin neytrallığı mane olur

Spiegel isə yazır ki, Almaniya Ukraynaya bundan da artıq Gepard tankları və onlar üçün sursat göndərməyi planlaşdırır.

Bundan əvvəl Gepard tankları üçün sursatın göndərilməsində problem yaranmışdı.

Çünki bu sursatı cəbbəxanasında saxlayan İsveçrə neytral mövqeyinə görə onları vermək istəmirdi.

Reuters yazır ki, Almaniya hökuməti hazırda Gepard tankları üçün sursat istehsalı ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparır və nəticədə İsveçrənin cəbbəxanasındakı sursata ehtiyac qalmaya bilər.

Şolts Putinə deyib ki...

Bu arada xəbər verilir ki, Almaniya kansleri Olaf Şolts dekabrın 2-də sentyabrdan bəri ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb.

Kanslerin mətbuat xidmətinin məlumatına görə bir saat davam edən söhbət zamanı “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və onun nəticələri” müzakirə edilib.

Məlumatda deyilir ki, Şolts söhbət zamanı Rusiyanın Ukraynanın mülki infrastrukturuna raket zərbələrini pisləyib.

O habelə bildirib ki, Berlin Ukraynanın müdafiə qüdrətinin gücləndirilməsi tədbirlərini davam etdirəcək.

Qeyd olunur ki, kansler Rusiya prezidentini “Rusiya qoşunlarının Ukraynadan çıxarılması da daxil münaqişənin diplomatik kanallarla həllinə” çağırıb.

Putin Şoltsa deyib ki...

Kremlin bu söhbət barədə məlumatında isə deyilir ki, Putin Almaniyanı Ukraynaya “yanaşmasını dəyişməyə” çağırıb.

Putin Şoltsa deyib ki, Rusiya ordusu uzun müddət Ukraynada “müəyyən obyektləri hədəfləməkdən çəkinib, amma indi belə zərbələrin endirilməsinə məcbur olub”.

Rusiya prezidenti bunu da əlavə edib ki, bu, Ukrayna ordusunun Rusiyanın infrastrukturuna qarşı təxribatlarına cavabdır. Putin buna misal olaraq Krım körpüsündəki partlayışı yada salıb.

Ukrayna körpüdəki partlayışla hər hansı əlaqəsini inkar edir.

Rusiya oktyabrın 10-dan başlayaraq Ukarynanın enerji sistemi obyektlərinə ağır raket zərbələri endirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bugünlərdə demişdi ki, Rusiya ordusu “rusların öldürülməsinə” xidmət edən obyektləri vurur.

Ukrayna Rusiyanın mülki obyektlərə zərbələrini “terror aktı” adlandırır.

XS
SM
MD
LG