Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:37

Avropada NATO üçün ‘hərbi Şengen’ zonasının yaradılması təklif olunur


Leclerc tanklarının Rumıniyaya gətirilməsi
Leclerc tanklarının Rumıniyaya gətirilməsi

NATO-nun arxa cəbhənin təchizatı və logistika üzrə baş komandanlığının rəhbəri Aleksander Zolfrank Avropada “hərbi Şengen” zonasının yaradılmasını təklif edib.

Onun sözlərinə görə bu zonada alyans qoşunları Avropa İttifaqının ərazisi ilə sərbəst hərəkət imkanına malik olmalıdır.

Zolfrankın fikrincə hazırda mövcud olan bürokratiya prosesi NATO qoşunlarının Avropa ərazisində sərbəst hərəkətini əngəlləyir və Rusiya ilə hərbi münaqişə təqdirində ciddi yubanmaya səbəb ola bilər:

"Biz bir addım irəlidə olmalıyıq. Biz hələ beşinci maddə tətbiq olunmazdan əvvəl döyüş əməlyyatları meydanını hazırlamalıyıq”.

Zolfrank düşünür ki, “hərbi Şengen zonasının” münaqişə zamanı yaradılması çətin ola bilər.

Hazırkı çətinliklər

Reuters yazır ki, hazırda NATO, alyans üzvlərinin bir çox daxili qaydalarına riayət etmək məcburiyyətindədir.

Məsələn, hazırda hər hansı Avropa ölkəsinin ərazisindən silah və sursatın nəqli həmin ölkənin əvvəlcədən xəbərdar edilməsini tələb edir. Bundan başqa Avropa ölkələrində hərbi karvanların uzunluğuna dair müxtəlif məhdudiyyətlər var.

Avropada “hərbi Şengen” zonasının yaradılması ideyasını ilk dəfə 2017-ci ildə Avropadakı ABŞ qoşunlarının keçmiş komandanı Ben Hoces təklif etmişdi.

O burarədə demişdi:

"Əgər biz cilovlama qabiliyyətimizin səmərəli olmasını istəyiriksə, alyans qüvvələri Rusiya Federasiyasının qüvvələrindən daha çevik hərəkət imkanına malik olmalıdır”.

Avropa Komissiyasının planı

2018-ci ildə Avropa Komissiyası Avropada “hərbi Şengen” zonasının yaradılması planını hazırlayıb.

Bu plana Latviya, Litva, Estoniya, Belçika, Almaniya, Niderland, Polşa və Finlandiya daxildir.

Bu sənədə görə NATO-nun hərbi texnika və canlı qüvvə karvanları sözü gedən ölkələrin sərhədlərindən yoxlanışa məruz qalmadan keçə bilər.

Planda habelə Avropa İttifaqında qarşıdan gələn iki ildə hərbi məqsədlər üçün ehtiyac olduğu hallarda avtomobil və dəmir yollarının, körpülərin yenidən tikilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG