Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:53

Ayaz Mütəllibov: 'Çox heyif SSRİ-dən'


Ayaz Mütəllibov
Ayaz Mütəllibov

AzadlıqRadiosunun arxivindən. 19.08.2016

Avqustun 19-da “QKÇP” (“QKÇP” deyərkən, Dövlət Fövqəladə Vəziyyət Komitəsi nəzərdə tutulur. Qısaltma ad həmin komitənin rusca adının baş hərflərindən yaranıb – red.) hadisələrindən 25 il ötür. O zaman baş verənlər son günlərini yaşamaqda olan Sovetlər Birliyini qurtarmağa çalışan bir qrupun son cəhdləri kimi dəyərəndirilirdi. Amma Gennady Yanayevin başçılıq etdiyi qrup dövlət çevrilişini başa çatdıra bilmədi.

Həmin günlərdə Azərbaycanda da “QKÇP”-yə iki fərqli mövqe sərgiləndi. Biri respublikanın o zamankı rəhbəri Ayaz Mütəllibovun adından mətbuatda yayımlanan rəsmi dəstək, digəri Xalq Cəbhəsinin etirazı idi. Hərçənd Ayaz Mütəllibov “QKÇP”-ni dəstəkləmədiyini, həmin bəyanatı onun adından başqalarının verdiyini söyləyir. Eks-prezident bizimlə söhbətdə 25 il əvvəl bu günü belə xatırlayır:

Ayaz Mütəllibov QKÇP barədə
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00
Direct-ə keçid

– O zaman Tehranda rəsmi səfərdə idim. Məni ordan Xorasana yola saldılar. Orda təyyarədən düşəndə bir nəfər yaxınlaşdı ki, “Moskvada çevriliş olub, bu haqda hə fikirləşirsiniz?” Cavab verdim ki, “xəbərim yoxdur, özü də bura Tehrandan gəlirəm”.

Aeroportda rəsmi şəxslər üçün otaqda məni qarşılayan məmurla söhbət edirdim, içəri bir nəfər girdi: “Ağayi Mütəllibov, biz Moskvada nə olub bilirik, sizin yəqin xəbəriniz yoxdur. Sizə bu haqda suallar verməyəcəyik. Başqa sual verəcəyik. Siz Tehranda ikitərəfli müqavilələrə qol çəkmisiniz. Bu müqavilələrin taleyi necə olacaq?” Mən də izah etdim ki, “bu, hələ sovet dövründə qəbul olunan qərardır, sərhədyanı ölkələr bir-biriylə əlaqə qura bilər və bu müqavilələr ikitərəfli münasibətlərimizə böyük təkan olacaq”.

– Həmin şəxs kimiydi?

– “Frans Press”in müxbiri idi. Bununla da söhbət bitdi. Biz avqustun 20-də Bakıya qayıtdıq və mən hadisələrlə bağlı iclas çağırdım. Orda dedim ki, “biz bu vaxta qədər fövqəladə vəziyyətdən çıxmamışıq. 1990-cı il yanvar hadisələrindən sonra verilən qərar onda da qüvvədəydi. Ona görə bu məsələdə nə dəstək verməliyik, nə də danışmalıyıq. Bu, bizim üçün deyil, qoy mərkəz nə istəyir, etsin”. Biz fövqəladə vəziyyətdə yaşayırdıq, ondan əlavə nə fövqəladə vəziyyət olmalı idi?

– Bəs, “Kommunist” qəzetində sizin adınızdan gedən “QKÇP”-ni dəstəkləyən bəyanat haqda nə deyə bilərsiniz?

– Onu sonradan bildim ki, Moskvanın təzyiqi ilə ikinci katib Polyaniçko verib. Mən verməmişəm o bəyanatı. Mən də eşidəndə dedim ki, “axı dedim, heç nə verməyin, danışmayın, əleyhimizə olan haqq-hesabdır”. Amma Moskvadan təzyiq güclü idi və bunu inkar etmək olmaz.

– Moskva təzyiq edirdi sizə?

– Bəli, “QKÇP”-ni təşkil edən yazıqlar.

*** Bun da baxın:

Gözlə

No media source currently available

0:00 0:00:00 0:00
Direct-ə keçid

AXC sədri, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy QKÇP-çilərə etiraz olaraq Bakıda keçirilən aksiyada döyülərək yaralanıb. Avqust, 1991-ci il
AXC sədri, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy QKÇP-çilərə etiraz olaraq Bakıda keçirilən aksiyada döyülərək yaralanıb. Avqust, 1991-ci il

– O zaman Azərbaycan rəhbərliyi “QKÇP”-yə etirazını bildirməsə də, Bakıda müqavimət göstərənlər oldu. Xalq Cəbhəsi mitinq keçirməyə cəhd etdi, amma onların aksiyası dağıdıldı, təşkilatın o zamankı rəhbəri Əbülfəz Elçibəy başından yaralandı, eləcə də saxlanılanlar oldu. Bu aksiyanın dağıdılmasına siz göstəriş vermişdiniz?

– Bunlar yersiz söhbətlərdir. Bakı şəhərinin o zamankı rəhbəri (indi rəhmətə gedib) və onunla əlbir olan Bakı şəhər milis idarəsinin rəisi Bəxtiyar Əliyev öz təşəbbüsü ilə qərargaha hücum ediblər. Mənim xəbərim olmayıb, bunu AXC əldə bayraq edib. Mən şəxsən bu işə qarışmamışam. Xəbər tutandan sonra ağzımdan çıxanı bu iki nəfərə dedim, dedim ki, “siz təxribatla məşğulsunuz, özü də Xalq Cəbhəsinə qarşı yox, birbaşa mənə qarşı”.

AXC qərərgahına hücum ərəfəsi.23 Avqust 1991
AXC qərərgahına hücum ərəfəsi.23 Avqust 1991

Bir də mənim köməkçim Vəfa Quluzadə gizli fəaliyyət göstərirmiş. Hər şeyi hakimiyyət uğrunda mübarizəyə qurban ediblər... Bir də, siz indi Bakı küçələrində soruşsanız: “QKÇP” hadisələri haqda nə düşünürüsünüz?” İnandırım sizə cavab verəcəklər: “Heyf ki, “QKÇP” öz yerini tapmayıb”.

(***Bakı sakinləri QKÇP haqqında - müsahibə video sorğudan sonra davam edir***)

Sovet İttifaqını necə xatırlayırsız? Münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00



– Ayaz müəllim, “QKÇP” xəbərini eşidəndə nə düşündünüz? Ölkənin əvvəlki idarəetməyə dönəcəyinə heyifsiləndiniz, ya əksinə?

– Yox, artıq iş işdən keçmişdi, heç nə olmayacaqdı. Lap “QKÇP” baş tutsaydı belə, hakimiyyət nə repressiyaya yol verəcəkdi, nə də başqa qanundankənar hadisələrə... Mən sizə deyim ki, bu xəbəri eşidəndə birinci ağlıma Qarabağ məsələsi gəldi. “QKÇP” baş tutsaydı, Qarabağ məsələsi həll olunacaqdı. Bəzi adamlar o zaman bu hadisəni eşidəndə qoyun kəsmişdilər.

– Yəni siz “QKÇP” çevrilişi baş tutacağı halda Qarabağ münaqişəsinin həllinə səmimi inanırdınız?

– Bəli.

(***SSRİ-ni çökdürən 5 gün - müsahibə video sorğudan sonra davam edir***)

SSRİ-ni çökdürən beş gün
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00


– Sizcə, avqustun 19-da dövlət çevrilişinə cəhd edənlər kiminsə sifarişini yerinə yetirirdilər, ya ölkəni xilas etməyə cəhd göstərirdilər?

– “QKÇP” ölkəni dağıtdı. Ondan da qabaq ölkəni dağıdan Gorbachev-in yenidənqurma siyasəti idi. Artıq avqust hadisələri zamanı məsələ bitmişdi, ona görə “QKÇP” ortaya çıxdı. O yazıqlar da vəziyyəti düzəltmək istəyirdilər. Bu işdən Gorbachev özü də xəbərdar idi. Narazı qüvvələrdən xəbərdardı. Siyasi Büroda da “QKÇP”-nin tərəfini tutanlar çox idi, amma bacarmadılar. Xalq demokratiya istəyirdi, böyük ümidlər vardı. Amma sonradan demokratiya döndü oldu faciə, hər yerdə qan töküldü. İndi də qan tökülür.

– Amma prosesin sonunda respublikalar müstəqillik qazandı.


– Müstəqillik suverenlikdir, biz də bu istiqamətdə möhkəm iş aparırdıq. Xüsusi komissiya işləyirdi, mən də onun üzvü idim, başqa respublikaların da nümayəndələri vardı. Biz mərkəzin səlahiyyətlərini məhdudlaşdırır, suverenliyə can atırdıq. Bir gün Gorbachev-ə dedim ki, 2 konfederativ birliyə imza atmağa hazırıq”. Gorbachev buna real yanaşsaydı, ölkə dağılmazdı.

– Siz sovetlərin dağılmasına təəssüflənirsiniz?

– Mən o ölkədə yaşamışam, xoşbəxt illərim o ölkəylə bağlıdır, siyasi xadim olmuşam, özü də təmənnasız-zadsız. Mənim kimi irəli gedənlər, yaxşı karyera quranlar çox idi. Mənim ən səadətli günlərim keçmişdədir. Ona görə keçmişi inkar edə bilmərəm. Məndə o nostalji hissiyyatı var. Mən indi də deyirəm ki, “heyif o ölkədən, heyif...” Heyif... SSRİ meydandan çıxdı, əvəzinə nə gəldi? İkili standartlı demokratiya gəldi. Demokratiya bayrağı adı altında qan tökülür.

***Buna da baxın:
QKÇP: Moskva çevrilişinin Bakı əks-sədası [Video]



– O ölkədə sizin kimi karyera quranlarla yanaşı ev, yağ, ət növbəsində ömrünü yaşayanlar da vardı, insan azadlıqları boğulurdu. İnsanlar buna görə SSRİ-nin bərpasını istəmədilər, tankların qarşısında durdular 25 il qabaq.

– Çətinliklə yaşayanlar vardı, düzdür. Ancaq o çətinlikləri indiki çətinliklərlə müqayisə etsək... Vallah heç nə demək olmaz. İndiki vəziyyəti qəbul edib göz yummaq mümkün deyil.

– Nəyi nəzərə tutursuz?

– Maddi vəziyyəti. Yoxsulluq, işsizlik və s. Vəziyyət çox çətindir. Tez zamanda ölçü götürmək, yollar tapmaq, qeyri-neft sektorunu mütləq inkişaf etdirmək lazımdır.

XS
SM
MD
LG