Erməni tərəfi 18 əsgər itirib
Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan bildirib. 35 əsgər yaralanib.
AzadlıqRadiosu-nun canlı-bloq-u/ #karabakh (ən son məlumatlar yuxarıdan-aşağıya) - #Belarus prezidenti... https://t.co/nCKA3ADwwK
— AzadliqRadiosu (@RadioAzadliq) 2.4.2016
Azərbaycan və Türkiyənin müdafiə nazirləri danışıblar
Azərbaycan Müdafiə naziri Zakir Həsənov Türkiyə Milli Müdafiə naziri İsmet Yılmaz və Baş Qərargah rəisi Hulusi Akar ilə telefonla danışıb.
Bu barədə nazirliyin saytı məlumat verir. Məlumatda bildirilir ki, telefon danışığında Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələr və orada yaranmış vəziyyəti müzakirə ediblər.
Danışıqlar zamanı Türkiyə tərəfinin Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğuladığı qeyd edilir. Üstəlik, onların Azərbaycana dəstəklərini ifadə etdikləri deyilir.
Prezident: Qarşı tərəfə lazımi cavab verilib
Aprelin 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. /Prezident.az/
Belarus Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlığını bildirib.
Prezident İlham Əliyev Belarus Prezidentini son hadisələrlə bağlı məlumatlandıraraq qeyd edib ki, "Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin törətdiyi növbəti təxribatın və mövqelərimizə hücumun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verib."