Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:56

Satılır: Bazar qiymətindən 3 dəfə ucuz...


►"Obyektə yalnız bir alıcının maraq göstərməsi bizim problem deyil"

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 16-da Bakının Nizami rayondakı qeyri-yaşayış binasını satışa çıxaracaq.

Bəhruz Nuriyev küçəsi, 48C ünvanında yerləşən, sahəsi 33,5 kvadratmetr olan bu obyektin ilkin qiyməti 12 min 906 manatdır.

“Bir alıcının maraq göstərməsi bizim problem deyil”

Çox güman, daha öncə auksionda satılmış təxminən 47 min kiçik müəssisə və obyekt kimi, sözügedən bina da elə ilkin qiymətinə və kimliyi əvvəldən bəlli birinə satılacaq.

Komitənin sözçüsü Qulu Xəlilov AzadlıqRadiosuna deyib ki, obyektlər qanunla müəyyənləşdirilən qaydada qiymətləndirilib satışa çıxarılır:

“Obyektə iki yox, bir alıcının maraq göstərməsi isə bizim problem deyil. Elanı qəzetdə və saytda veririk, kim maraq göstərirsə, o da alır”.

Yeri gəlmişkən, Bakıda yuxarıda göstərilən ünvanda obyekt kimi istifadə olunan qeyri-yaşayış sahəsinin 1 kvadratmetri müəyyənləşdirilən ilkin qiymətdən 3 dəfə baha qiymətə təklif edilir.

Torpaq da, avtomobil də bazar qiymətindən xeyli ucuz satılır

_________________________________________________________

Bunlara da bax:

_________________________________________________________

ƏMDK sədri Kərəm Həsənov mətbuata bildirib ki, özəlləşdirmə prosesində dövlət əmlakının dünya praktikasında daha çox tətbiq edilən və beynəlxalq standartlara uyğun bazar üsulu ilə qiymətləndirilməsi təklifləri hazırlanıb.

Hazırda tətbiq olunan qiymətləndirmə üsulu satışa çıxarılan avtonəqliyyat vasitəsi qiymətlərinin də bazarda təklif ediləndən 35 faiz aşağı olmasına imkan verir.

Kərəm Həsənov
Kərəm Həsənov

Fevralın 6-da auksiona çıxarılmış 2006-ci il istehsalı BMW-523 avtomobili 11 min manata təklif edilir. Eyni avtomobil ikinci əl bazarda 17 min manatadır.

“Yevlax Toxucu”nun, uzağı, 10 min manatı olmayıb ki...

Komitə özəlləşdirilən səhmdar cəmiyyətlərin yerləşdiyi torpaq sahələrini daha ucuz qiymətə təklif edir.

Martın 1-də keçiriləcək açıq auksiona “Yevlax Toxucu” ASC-nin təxminən 2 hektar torpaq sahəsi çıxarılıb. Müəssisənin 9911 manatı olmayıb ki, onu özü özəlləşdirsin.

Ötən il dekabrın 25-də baş tutmuş bənzər auksionda Bakının Sabunçu qəsəbəsində yerləşən bir səhmdar cəmiyyətin 146 sot torpaq sahəsi 99,4 min manata (1 sotu 680,8 manata) satılmışdı.

Auksiona qatılmaq istəyənlər 10 faiz beh ödəyib, “Elektron hökumət” portalı üzərindən sifariş verə və özəlləşdirmədə iştirak edə bilərlər.

__________________________________________________________

Bu videolara da bax:

__________________________________________________________

XS
SM
MD
LG