Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:40

Keçmiş nazir həbs ediləcəkmi? [video]


Eldar Mahmudov həbs edilə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Eldar Mahmudov həbs edilə bilərmi? [A-Live]

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov həbs edilə bilərmi?

İyulun 10-da Bakı Hərbi məhkəməsi keçmiş nazir və bu nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərar çıxarıb. Həmin qərar icra olunması üçün prokurorluğa göndəriləcək.

Bu haqda həmin qərarın oxunmasında iştirak etmiş jurnalistlər bildiriblər.

Buna da bax:​ Fazil Mustafa: "Eldar Mahmudovun indiyə kimi həbs edilməməsi..."

Qərar, keçmiş MTN-in İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun işinə baxılarkən verilib.

Hüquqşünas Xalid Bağırov deyir ki, indi prosedura görə, prokurorluq araşdıracaq ki, keçmiş nazirə cinayət işi açılmalıdır, ya yox:

Xalid Bağırov
Xalid Bağırov

“Məhkəmə cinayət işinə baxarkən digər cinayətlər barədə məlumat əldə edərsə, bu barədə xüsusi qərar çıxararaq, prokurorluğa məlumat verir ki, cinayət əlaməti hesab olunan məlumatla bağlı təqib başlasın”.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': Eldar Mahmudov barəsində qərar çıxarıldı

Deputat Fazil Mustafa isə hesab edir ki, məhkəmə keçmiş nazir Eldar Mahmudovun bu məsələdə “düyün nöqtəsi” olması qənaətinə gəlib və barəsində cinayət işi başlanması ilə bağlı xüsusi qərar çıxarıb.

Fazil Mustafa əlavə edir ki, MTN generallarının həbsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, keçmiş nazirin bu müddətdə həbsə alınmaması səbəbi ona qaranlıq qalıb:

Fazil Mustafa
Fazil Mustafa

“Generallar həbsə alınır, məxfi sahədə çalışan zabitlər həbs edilir, bu qədər əməllər olduğu yerdə qurumun başında duran şəxsin də məsuliyyəti var və cinayət məsuliyyətinə cəlb edilməli idi”.

Buna da bax:​ Zərərçəkən: 'Bir şərtim var, Eldar Mahmudov dindirilsin'

Hüquqşünas Xalid Bağırov isə deyir ki, ola bilsin keçmiş nazirlə bağlı siyasi qərar dəyişib:

"Görünür ki, indiyə qədər siyasi qərar yox idi. Ola bilər məhkəmənin gedişində nələrsə dəyişib, ya da keçmiş nazirə mesaj vermək istəyirlər ki, sənin barəndə də nəsə edə bilərik".

Keçmiş MTN-nin başqa bir əməkdaşı, nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyir ki, bu sənəd əsasında hansısa cinayət işinin açılmasını gözləmir, deyir ki, cinayət işi başlasaydı, ötən iki il ərzində başlayardı.

Buna da bax:​ 'MTN işi': 'Razılaşdıq ki, özlərinə və ailə üzvlərinə tur-paketlər verim'

Vəkilin sözlərinə görə, məhkəmə prosesində ifadə verənlər Eldar Mahmudov barədə ifadələr səsləndiriblər, ona görə də məhkəmə məcburi qaydada xüsusi qərar çıxarıb, prokurorluğa xəbər verib, bu, formal xarakter daşıyır və heç bir nəticəsi olmayacaq.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov 2015-ci ilin oktyabrında vəzifəsindən azad olunub. Bundan az sonra nazirliyin 20-dən artıq rəhbər şəxsi həbs edilib. Onlar mənimsəmə, qulluq səlahiyyətini aşma və digər ağır cinayətlərdə ittiham ediliblər.

XS
SM
MD
LG