Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:04

Ermənistan çeçenistanlını Rusiyaya ekstradisiya etməyib


Salman Mukayev Yerevanda (Arxiv fotosu)
Salman Mukayev Yerevanda (Arxiv fotosu)

Yerevanın inzibati məhkəməsi Çeçenistan doğumlu Salman Mukayevin Rusiyaya ekstradisiyasından imtina edib.

Mukayev homoseksuallıqda şübhəli bilindiyinə görə vətənində işgəncələrə məruz qalıb.

Ona sığınacaq və vətənində repressiya ilə üzləşə biləcək şəxs kimi qaçqın statusu verilib.

Bu barədə məlumatı yanvarın 30-da SK-SOS böhran qrupu verib.

Yerevan məhkəməsinin hökmündə deyilir ki, Çeçenistanda və bütünlükdə Rusiyada LGBT icmasının nümayəndələri repressiyalara və qəddar rəftara məruz qalırlar.

Hökmdə bu da qeyd olunur ki, Rusiyanın yeni qanunlarına görə LGBT+ ekstremist hərəkat kimi tanınır.

Salman Mukayevi 2020-ci ilin fevralında Çeçenistanda saxlamışdılar. Hüquq müdafiəçilərinin məlumatına görə polis əməkdaşları onun döymüş, yapışqanlı lentlə əl-qolunu bağlamış, paketlə boğmuş və çılpaq ayaqlarına elektrik cərəyanı vermişdilər.

“Polislə əməkdaşlıq” təklifi

Onu işgəncələr altında dostu ilə cinsi əlaqəsi olduğunu etiraf etməyə məcbur etmiş və yalnız “polislə əməkdaşlıq” vədi müqabilində azadlığa buraxmışdılar.

CurrentTime yazır ki, o internetdə kişlərlə tanış olmalı və onları polisə təhvil verməliydi.

Mukayevsə azad olunduqdan sonra Ermənistana gəlib. Sonradan onun Rusiyada axtarışa verildiyi məlum olub. O artıq qanunsuz silah əldə edilməsində, silah-sursat saxlamaqda ittiham olunurdu.

Mukayev Ermənistandan ona sığınacaq vermiş Avropa ölkəsinə getməliydi. Lakin o pasport nəzarəti xəttində saxlanıb və ona Rusiyada axtarışa verildiyi deyilib. Mukayev bundan sonra Ermənistandan sığınacaq istəyib.

Bu da xəbər verilir ki, Çeçenistanda təqibdən sonra Mukayevin ailəsi dağılıb. Həyat yoldaşını 10 illik evlilikdən sonra qohumunun evinə aparıblar.

XS
SM
MD
LG