Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:33

Bilet, sığorta və yaşayış yeri sənədi ilə Avropaya... [video]


Gürcülər Avropaya vizasız gedir, bəs azərbaycanlılar?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Gürcülər Avropaya vizasız gedir, bəs azərbaycanlılar? [video]

Bundan sonra Gürcüstan vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gedib-gələ biləcəklər.

Dünən, fevralın 2-də Avropa Parlamenti Gürcüstanla viza rejiminin ləğvinə səs verdi.

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili öz twitter hesabında yazıb ki, bu gün Gürcüstan üçün tarixi gündür.

Buna da bax:​ Gürcülər Avropaya vizasız gedə biləcək

Gürcüstan üçün yeni bir tarixi gün

Qanun martdan qüvvəyə minir. Gürcülər viza üçün pul verməyəcəklər. Vizadan ötrü vacib olan sənədlərə, viza növbələrinə vaxt itirməyəcəklər. Sərhəddə yalnız bilet, yaşayış yeri haqda sənəd və səyahət sığortasını göstərməli olacaqlar.

"İrəlidə Gürcüstanı Avropa Birliyinə üzvlük gözləyir"

Müxalif ReAl hərəkatının idarə heyətinin üzvü, politoloq Azər Qasımlı hesab edir ki, Gürcüstan Avropaya yaxınlaşır, Azərbaycan isə ondan geri qalır:

“Gürcüstanın Avropa Birliyinə inteqrasiya yolu açıldı. İrəlidə Gürcüstanı Avropa Birliyinə üzvlük də gözləyə bilər. Təbii ki, bu, dərhal baş verməyəcək, bunun üçün bir mərhələ keçmək lazım gələcək. Amma bu o deməkdir ki, Avropa Birliyi artıq Gürcüstanın inteqrasiyasına öz “hə”sini verib”.

Buna da bax:​ Azərbaycan vətəndaşının “viza azadlığı” nə qədərdir? (İnfoqrafika)

Biz Bakı sakinlərindən də soruşmuşuq ki, onların fikrincə, necə olur ki, Gürcüstan Avropadan belə güzəşt əldə bilir, Azərbaycansa yox.

Azərbaycanın Avropaya inteqrasiyasına nə mane olur?
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Azər Qasımlı deyir ki, Avropa Birliyi Assosiativ sazişini Azərbaycana da təklif etmişdi, amma Azərbaycan hökuməti bundan imtina etmişdi.

Azərbaycan niyə istəmir?

Onun sözlərinə görə, burda iki səbəb var. Birincisi odur ki, Avropaya yaxınlaşmaq Avropanın demokratik dəyərlərinə əməl etməyi tələb edir, Azərbaycan hökuməti də bunu etməkdə maraqlı deyil. İkinci məqam isə budur ki, Avropa ilə yaxınlaşmaq Rusiyanın qəzəbləndirə və Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə mənfi təsir edə bilər.

Buna da bax:​ Azərbaycanlılar da Avropaya vizasız gedə biləcəkmi?

"Bizim müsəlman ölkəsi olmağımız prosesi əngəlləyir"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Rasim Musabəyov isə deyir ki, Avropa Birliyi ilə münasibətlər yüksək səviyyədədir, sadəcə Azərbaycan qarşısında onun özündən asılı olmayan səbəblərə görə maneələr var.

“Moldovanların çoxunun rumın pasportu var, buna görə də çoxdandır asanlıqla Avropaya gedirdilər. Gürcüstansa balaca ölkədir, ordan Avropaya axın gözlənmir. Ukrayna ilə bağlı məsələsə uzanır. Azərbaycan da bu danışıqları aparır. Ancaq nəzərə alaq ki, Azərbaycana Əfqanıstandan, İrandan gələnlər var, bizim müsəlman ölkəsi olmağımız prosesi əngəlləyir”.

Buna da bax: Biz necə, Avropaya vizasız gediş-gəliş istəyirikmi?

Azərbaycanın beynəlxalq reytinqləri də Gürcüstandan aşağıdır. Məsələn, Beynəlxalq Şəffaflıq Təşkilatının korrupsiya ilə bağlı hesabatında Azərbaycan 123-cü, Gürcüstansa 44-cü yerdədir.

XS
SM
MD
LG