Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:45
Arif Məmmədov - 2014
Arif Məmmədov - 2014

AzadlıqLive - Eks-diplomat naziri qətiyyətsizlikdə günahlandırır

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Prokurorluq deyir, onlar səni öldürsəydilər, bu, başqa məsələ...

Bakıya meyvə gətirəni yolda Nəqliyayat Departamenti işçiləri cərimələyib, o da polisə şikayət edib. Polis şikayəti prokurorluğa göndərib. «Prokurorluqda dedilər, «onlar səni döysəydilər, yerə yıxıb sürüsəydilər, nəhayət ki, öldürsəydilər, bu, başqa məsələ. Tutub cinayət işi açardıq. Ancaq indi bizə yalnız o qalır ki, rəhbərliklərinə məlumat verək, onlar da həmin işçilərini töhmətləsinlər»».

Avstraliyadakı səfirliyinin daha bir işçisi XİN-dən uzaqlaşdırıldı

Azərbaycanın Avstraliyadakı səfirliyinin daha bir əməkdaşı XİN sistemindən uzaqlaşdırılıb.Bu barədə APA-ya Azərbaycanın Avstraliyadakı səfirliyindən məlumat verilib.Bildirilir ki, səfirliyin keçmiş III katibi Fərid Sübhanverdiyev bu il iyunun 18-də vəzifəsindən azad edilib.

Virtualaz.org isə yazır ki, Fərid Sübhanverdiyev işdən çıxarılsa da, Azərbaycana qayıtmayaraq Avstraliyada qalmağa qərar verib, siyasi sığınacaq almaq üçün artıq Avstraliya hökumətinə müraciət edib.

Sübhanverdiyevin özü nə deyir? - bunu öyrənib, məlumat verəcəyik.

Mehriban Əliyevadan soruşdular ki, Azərbaycan tolerant ölkədirmi? Sual verəni uzaqlaşdırdılar

Azərbaycanın birinci ledisi Mehriban Əliyeva Parisdə tədbirdə olarkən Fransa televiziyasının "Cash investigation" proqramının aparıcısı ona yaxınlaşır ki, "Azərbaycan tolerant ölkədirmi?"

Mehriban Əliyeva cavab verir ki, "əlbəttə".

Jurnalist soruşur ki, "bəs Azərbaycanda həbsdə olan siyasi məhbuslar?"

Mehriban Əliyeva cavab verir ki, "bu, doğru deyil".

Və dərhal jurnalisti təhlükəsizlik xidmətinin əməkdaşları uzaqlaşdırmağa başlayır.

O arxadan soruşur ki, "Bəs Leyla Yunus?" "Bəs Xədicə İsmayılova?"

İlin sonuna ekspertlərdən bədbin proqnozlar

«Rusiyadan Azərbaycana pul köçürmələri 40%-dən çox azalıb, büdcədə ixtisarlar gözlənilir» –«Azadlıq» qəzeti belə yazır.Bu ilin II rübündə Rusiyadan Azərbaycana 190 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 144 mln. ABŞ dolları və ya 43.11% azdır.Media icmalı

Davamı

XS
SM
MD
LG