Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:21

İlham Əliyev: 'Şimal bölgəsində işlər yaxşı gedir'


İlham Əliyev Yalama kəndindəki Heydər Əliyev adına parkda. 08.09.2016
İlham Əliyev Yalama kəndindəki Heydər Əliyev adına parkda. 08.09.2016

«Şimal bölgəsində işlər yaxşı gedir, abadlıq-quruculuq işləri aparılır. Bütün infrastruktur layihələri həll olunub. Qazlaşdırma davam edir. Bir çox yaşayış məntəqələri artıq qazlaşdırılıb. Xaçmaz rayonunda qazlaşdırma 71 faizdir».

President.az saytının xəbərinə görə, ölkənin şimal bölgəsinə səfər edən dövlət başçısı İlham Əliyev Yalamadakı Heydər Əliyev adına parkla tanışlıqdan sonra əhali ilə görüşündə belə deyib.

Ölkə başçısı Xaçmazda Heydər Əliyev Mərkəzinin, Nigah Evinin, Bayraq meydanı və mərkəzinin açılışını edib.

Prezident elektrik enerjisi ilə təminatda heç bir problemin olmadığını, ölkədə dayanıqlı enerji təminatının olduğunu bildirib.

Buna da bax:​ Prezident Xaçmaza gedib

Prezident iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlərin görüldüyünü qeyd edib.

«Əsas infrastruktur layihələri artıq başa çatır, növbəti mərhələdə daha çox yerli istehsal, kənd təsərrüfatı, turizm inkişaf etməlidir», deyən ölkə başçısı qeyd edib ki, şimal bölgəsində turizmin inkişafından ötrü əlavə imkanlar yaradılmalıdır.

Xudatda da olan prezident Xudat-Yalama-Zuxuloba yolunun açılış mərasiminə qatılıb.

«Bu il ölkəmizə daha çox xarici qonaq gəlib. Əlbəttə ki, bu zona turizm üçün çox gözəl zonadır. Burada həm dəniz, həm meşələr var, yaxın bölgələrdə xizək kurortu da yaradılıb. Yəni, bu zona Azərbaycanın turizm mərkəzlərindən biridir, bəlkə də birincisidir. Gələcəkdə insanları işlə təmin etmək üçün, əlbəttə, həm dövlət, həm özəl sektor tərəfindən əlavə investisiyalar qoyulmalıdır ki, işlər daha da sürətlə getsin və inkişaf dayanıqlı olsun», ölkə başçısı vurğulayıb.

Buna da bax:​ Prezident Qəbələ və İsmayıllıda- [Fotolar]

İlham Əliyev sentyabrın 8-də şimal bölgəsinə səfər edib.

Ölkə başçısı əvvəlcə Xaçmaz rayonunda olub, Heydər Əliyev Mərkəzinin, Nigah Evinin, Bayraq meydanı və mərkəzinin açılışını edib.

İlham Əliyev Qusarda Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışını edib.

Xudat şəhərində də olan prezident Xudat-Yalama-Zuxuloba yolunun açılış mərasiminə qatılıb. Ölkə başçısı Yalama Aqroparkının açılış lentini də kəsib.

Prezident: «Biz ərzaq məhsulları ilə bağlı idxaldan asılılığı aradan qaldırmalıyıq»

AZƏRTAC xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfərində Yalama Aqroparkının açılışında deyib.

Prezident qeyd edib ki, burada süd emalı zavodu tikilməli, xüsusilə kərə yağı və pendir istehsalı təşkil edilməlidir:

«Çünki baxmayaraq çox işlər görülür, əfsuslar olsun ki, hələlik, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik. Ancaq etməliyik. Düzdür, indi Azərbaycan şirkətləri xaricə də süd məhsullarını ixrac etməyə başlayıblar. Ancaq biz istəyirik ki, ilk növbədə özümüzü 100 faiz təmin edək, ondan sonra ixrac potensialı daha da artacaq. Ona görə də burada çox böyük süd emalı zavodu tikilməlidir və prinsipcə biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik. Biz buna yaxınlaşırıq. Belə aqrokomplekslərin yaradılması bu məqsədə çatmaq üçün yeni imkanlar yaradır».

«Biz indiki nailiyyətlərlə kifayətlənməməliyik. Bu aqroparkın fəaliyyətini genişləndirməliyik. Mənə verilən məlumata görə, bu kompleksə 20 milyon manat investisiya qoyulub».

Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının 70 faizini təşkil edir

Qeyri-neft sektorunun inkişafına diqqət çəkən prezident qeyd edib ki, indi iqtisadi inkişafla bağlı prioritetlər bəllidir:

«Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır. Bununla bərabər, biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə, burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik. Biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq.

Belə aqroparkların sayı 10-a çatmalıdır

Növbəti aqroparkların açılış mərasiminin Şəmkir rayonunda olacağını vurğulayan prezident İlham Əliyev daha sonra da deyib: «Orada da böyük aqropark tikilir. Mən bu gün göstəriş vermişəm ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik».

Prezident daha sonra Qusar rayonuna gedib.

İlham Əliyev Qusarda Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışını edib. O, Qusarın içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması ilə bağlı mərasimə də qatılıb.

XS
SM
MD
LG