Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:32

IT şirkətləri Rusiyada filial açmalıdır, yoxsa…


İllüstrativ foto
İllüstrativ foto

Qanuna görə, belə qurumlar qarşılıqlı kommunikasiya üçün Rusiyanın mediaya nəzarət orqanı olan Roskomnadzor-un vebsaytında qeydiyyatdan keçməlidirlər

Rusiya Prezidenti Vladimir Putin xarici IT şirkətləri üzərinə yerli filial açmaq öhdəliyi qoyan qanunu imzalayıb. Əks halda onlar cərimələnə, yaxud Moskvada fəaliyyətləri qadağan oluna bilər.

Qaydalar

Putinin iyulun 1-də imzaladığı qanun rəsmi vebsaytda yerləşdirilib. Gündə azı 500 min izləyicisi olan əcnəbi IT şirkətlərindən tələb olunur ki, Rusiyada tamhüquqlu filiallar açsınlar, yoxsa “Rusiya qanunvericiliyini pozmağa görə məsuliyyət” daşıyacaqlar.

Bütün IT şirkətləri, Rusiya federasiyasında rusca, yaxud etnik qrupların dilində kontent paylaşan vebsayt, informasiya sistemləri və proqram rəhbərləri bu qanunun təsirinə məruz qalacaq.

Bundan başqa, Rusiya vətəndaşlarını hədəfləyən reklamlar verən, Rusiyada yaşayan istifadəçilərin şəxsi datasını emal edən, yaxud Rusiya vətəndaşları və ya şirkətlərindən maliyyə dəstəyi alan firmalar 2022-ci il yanvarın 1-dək Rusiyada filial qurmalıdırlar.

Qanuna görə, belə qurumlar qarşılıqlı kommunikasiya üçün Rusiyanın mediaya nəzarət orqanı olan Roskomnadzor-un vebsaytında qeydiyyatdan keçməlidirlər.

“Suveren internet”

Hazırda Rusiyada internetdən istifadənin çəkisi artır, Kremlin dediklərinə əks arqumentlər təqdim olunur. Putin də nəzərlərini sosial media şirkətlərinə yönəldir.

2019-cu ildə qəbul olunmuş “suveren internet” qanunu rəsmiləri onlayn trafiki məhdudlaşdırmaq səlahiyyəti verir. Hətta fövqəladə hallarda ölkə dünya internetindən təcrid oluna bilər.

Moskva dəfələrlə xəbərdarlıq edib ki, itaətsizlik ciddi miqyas alsa, “suveren internet”dən istifadə oluna bilər.

Yanvarda və fevralın əvvəlində hökumətə qarşı kütləvi etirazlar Facebook, YouTube platformalarında, Çinin TikTok video tətbiqində fəal təbliğ olunurdu. Həbsdə olan müxalifətçi Aleksey Navalnı və tərəfdarları kontenti məhz internet vasitəsilə yayırdılar.

XS
SM
MD
LG