Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:21
Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi referendumu mümkün saydı

11:15 25.7.2016
Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

İclasda kim nədən danışdı

AZƏRTAC-ın xəbərinə görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

Sonra F.Abdullayev məruzəçi hakimlərə söz verib.

Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev prezidentin təklif etdiyi dəyişikliklər barədə ətraflı məlumat verib.

Digər məruzəçi - Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze isə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi qaydaları haqqında danışıb.

Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevin də məsələ ətrafında çıxışı dinlənilib.

Ş.Əliyev deyib ki, Konstitusiyaya sonuncu dəyişiklikdən ötən 7 il ərzində Azərbaycan sürətli inkişaf edib. O, əldə edilən nailiyyətlərin Konstitusiyanı təkmilləşdirmək zərurətini yenidən meydana gətirdiyini vurğulayıb.

12:09 25.7.2016

Konstitusiya Məhkəməsindən dəyişikliklərə yaşıl işıq

Konstitusiya Məhkəməsinin iclası başa çatıb.

Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib ki, layihə

Konstitusiya ilə ziddiyyət yaratmadığına görə referenduma çıxarıla bilər.
Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etməkdən ötrü müşavirə otağına keçiblər.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumunun Qərarını oxuyub.

Qərara əsasən, Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə müsbət rəy verib.

Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

12:22 25.7.2016
Şahin Əliyev
Şahin Əliyev

Bu qədər seçki olar? – PA rəsmisi

Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev yaş ilə bağlı deyib ki, əsas həddi-buluğa çatma və ali təhsildir. Yaş həddi diskriminasiya kimi qiymətləndirilə bilər.

«Harvardı bitirən, ali təhsili olan biri niyə Milli Məclisin üzvü seçilməsin? Avstriyada, Finlandiyada prezidentlik müddəti 7 ildir. 2000-ci ilə qədər Fransada da 7 il idi. Azərbaycanda 5 ildən bir seçki keçirilir, onun da bir müddəti seçkiyə hazırlığa sərf olunur. Tez-tez seçki keçirilməsi artıq vəsait hesabına başa gəlir»,- Şahin Əliyev bildirib.

14:03 25.7.2016

Əli Kərimli: - 'Hər şey xalqın öz seçiminə qaldı'

Konstitusiyanı müdafiə etməkdən ötrü hüquqi yolların tükəndiyini deyən Əli Kərimlinin fikrincə, artıq «yox» deməyə yeganə qadir qüvvə xalqdır: «Xalqımız prosesə əl qoymayana qədər ölkədə monarxiya öz hüquqi bazası əsasında formalaşacaq». Ətraflı burada

Davamı

XS
SM
MD
LG