Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:39

Lavrov: 'Azərbaycanı Avrasiya İttifaqında görməkdən məmnun olardıq'


Sergey Lavrov
Sergey Lavrov

Noyabrın 20-də Rusiya xarici işlər naziri Sergey Lavrovun «ADA» Universitetində tələbələrlə görüşü olub.

Xəbəri AZƏRTAC yayıb.

Universitetin rektoru Hafiz Paşayev Rusiya xarici siyasət idarəsi rəhbərinin bu ali təhsil ocağında ikinci dəfədir tələbələrlə görüşdüyünü deyib. H.Paşayev bildirib ki, «ADA» Universiteti Rusiya universitetləri ilə sıx əməkdaşlıq edir.

Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25 ilinin tamam olduğunu söyləyən nazir iki ölkənin strateji tərəfdaşlar olduğunu vurğulayıb.

«Azərbaycan və Rusiya hər sahədə fəal şəkildə əməkdaşlıq edir. Qafqaz, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə birgə töhfələr verir», - S.Lavrov bildirib.

***Buna da bax-Zərdüşt Əlizadə: 'Lavrovun səfəri bir məqsədə xidmət edir...'

QARABAĞA MÜNASİBƏTDƏ HƏMSƏDRLƏR EYNİ CÜR DÜŞÜNÜRLƏR

APA-nın xəbərinə görə, S.Lavrov Qarabağ münaqişəsindən də bəhs edib. O, ABŞ-Rusiya münasibətlərinin bəzi sahələrdə dalana dirəndiyini desə də, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmədiyini söyləyib. Nazir deyib ki, bu məsələdə ATƏT-in Minsk qrupu həmsədrləri-Rusiya, ABŞ və Fransa ümumi baxışa malikdirlər:

«Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, tez-tez regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək».

Rusiya xarici işlər naziri Moskvanın layihəsi olan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı məsələyə də toxunub:

«Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya qurumudur. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik».

***Buna da bax-Ermənistan Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görmək istəmir

O, birliyə yeni üzvlərin qəbul edilməsini hər zaman alqışladıqlarını söyləyib.

«Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq», - deyə S.Lavrov vurğulayıb.

Avrasiya İqtisadi İttifaqı 2014-cü ildə yaradılıb. İttifaqa Rusiya, Qazaxıstan, Belarus və Ermənistan daxildir.

Rusiya xarici işlər naziri S.Lavrov noyabrın 19-u Azərbaycana gəlib. Elə həmin gün prezident İlham Əliyevin qəbulunda olub. Bu gün, noyabrın 20-si isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşməlidir.

XS
SM
MD
LG