Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:40
Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Lukashenka: 'Razılaşmaya görə Lapşini Azərbaycana verməliyik"

Belarus prezidenti Alyaksandr Lukashenka bu gün – fevralın 3-də ictimaiyyətlə geniş görüş keçirir.

Əgər İsrail istəsə Lapşinin başından bir tük belə əksik olmayacaq

Lukashenka Azərbaycanın sorğusu ilə Belarusda saxlanan blogger Alexander Lapshinin verilməsinə də toxunub.

"İnterpolla Belarus arasındakı razılaşmaya əsasən biz onu saxlamalı və Azərbaycana verməliyik.Onu umimiyyətlə buraxa da bilərik, amma razılaşmaya görə onu verməliyik və vermməyə heç bir əsasımız yoxdur. Bunu qanun çərçivəsində məhkəmə də təsdiqləyəcək.

Mətbuat katibim hər gün mənə məlumatlar gətirir. Baxanda gördüm ki, belə bir adam var və xarici işlər nazirliyinə Azərbaycan, Rusiya və İsraillə əlaqə saxlayıb məsələnin yaxşı yolla həll edilməsini tapşırdım.

Onlar öz aralarında necə danışsalar, elə də edəcəydik. Amma razılaşa bilmədilər və əgər Azərbaycan indi onu istəyirsə, qanuna əsasən onu verməliyik.

Alexander Lapshin
Alexander Lapshin

Onu buraxmaq da olar, amma bu mümkün deyil. Bu mənim tərəfimdən düz olmazdı, insan axtarışdadırsa onu saxlamalıyıq.

İsraillə Azərbaycan ya danışıblar, ya da danışacaqlar. İsraillə Azərbaycan arasında yaxın əlaqələr var və əgər israil istəsə həmin adamın başından bir tük belə əksik olmayacaq.

“Aysberqin əsas hissəsi suyun altındadır, onlar razılığa gələcəklər”, deyə Lukaşenka bildirib.

Lapshin 2016-cı il dekabrın ortalarında Minskdə Azərbaycanın sorğusu ilə saxlanıb.

Səbəb onun Qarabağa dəfələrlə Bakının icazəsi olmadan səfər etməsi, Qarabağı «müstəqil ölkə» adlandırması, Azərbaycandakı rejimi tənqid etməsidir. 40 yaşlı bloqqer həm İsrail, həm də Rusiya vətəndaşıdır. Rusiyanın xarici işlər naziri Sergei Lavrov da bu günlərdə mətbuatla görüşündə A.Lapshin-in ekstradisiyasına imkan verilməyəcəyinə işarə etmişdi. Bu isə İsrailin bloqqeri azad etdirmək ümidlərini artırmışdı.

Ölüm hökmü barədə sərəncam imzalayanda bilirsiz nələr keçirirəm

Ölüm hökmünə gəldikdə mən hər dəfə belə bir fərman imzalayanda bilirsiz nələr çəkirəm? Bilirəm ki, həmin insan bir daha həyatda olmayacaq.

Amma fikirləşəndə ki, insanı tikə-tigə doğrayır, qadını vannada boğur, qocaları qətlə yetirir, o adam, insan deyil.

Onun başqalarının həyatını almağa haqqı yoxdur.

Mən prezident kimi ölüm hökmü və onun icrasına qadağa qoya bilmərəm.

Çünki bununla bağlı bizdə referendum keçirilib.

Sonda gedəcəm, çox qalmayıb, amma mən insanların üzərindən hərəkət edə bilmərəm.

Mən də adamam, prezidentlikdən sonra mən də hardasa və necəsə yaşamalıyam.

Problem yoxdur öz kəndimdə yaşayacam. Mən də adamam, amma mən qanunsuz yolla özümə heçnə edə bilmərəm.

Və bunu başqalarından da tələb edirəm.

Mən Belarusun birinci prezidentiyəm, bunu mənə Allah bəxş edib.

Və burda, bu cəmiyyətdə birlikdə gləcək üçün necə əsas qoysaq, elə də davam edəcək.

Başqalarının işinə qarışmaq olmaz

“Başqaların işinə qarışma”,bu mənim qanununmdur.

Mən deputat olanda da belə olmuşam, prezident kimi də beləyəm.

Kimsə qanunu pozmadan varlanıbsa, biz ona heçnə edə bilmərik.O

Heç kim keçmiş Sovet dövrünə dönmək fikrində deyilik.O vaxtlar geridə qaldı.

Lukashenka Avropada heç kimə lazım deyil

Avropa Birliyi və Almaniyadan bu il nə gözləyirsiz?

Biz onlarla əməkdaşlığa hazırıq, çoxlu kreditlər götürmüşük, baha olsa da ,yeni , müasir texnologiyalar lazımdır, almanlarla necə yaşamaq barədə yol xəritəsi də hazırlamışıq.

Onlar çox irəlidədir, bizə yeni texnologiyalar lazımdır, bu yistiqamətdə əməkdaşlığa hazırıq.

Belarusda özəlləşdirmə, birgə müəssisələrə gəldikdə, Almaniyadan dəfələrlə nümayəndə heyətləri gəlib, maraqlanıblar.

Əgər düşünürsüzsə Lukaşemko Avropaya dönür, yox, bu belə deyil.

Lukashenkanı orda heç kim gözləmir, Lukashenka orda heç kimə lazım deyil, amma əməkdaşlıq etməliyik.

Rusiya ilə ayrılsaq,bunun bərpasına 10 illərlə vaxt lazım olacaq

Bir daha, Rusiya ilə mövcud münasibətlərə gəldikdə, bu bizim günahımız deyil.

Xoşagəlməz heçə istəmirəm, çox şey görmüşəm, amma mənim xalqımı və dövlətimi tənqid edənlərlə heç vaxt barışmayacam.

Putinə deyirəm ki, bizim iqtisadiyatınız geriləsə, bu sizə də pis təsir göstərəcək, çünki şoxlu birgə əməkdaşlıq edən müəssisələrimiz var.

Məndən yüksək texnologiyalı müəssisəni havayı, pulsuz istəyirlər, bu ki, qardaşcasına deyil.

Onlar bizdə müəsisəni özəlləşdirmək istəyəndə bir qəpik də olsun sərmayə qoymaq istəmirlər.

Bu bizə lazım deyil, belə alınmayacaq.

Mən vəziyyəti gərginləşdirmək istəmirəm, amma əgər biz ayrılsaq, əmələ gələn çatın bərpasına 10 illərlə vaxt lazım olacaq.

Onda nə Putin, nə də Lukaşenko olacaq, amma biz gələcək nəsillərə böyük problem qoyub gedəcəyik.

Avroasiya birliyinə gəldikdə isə, biz hasnsısa üstünlük istəmirik. Bərabər şərtlərlə işləmək istəyirik və deyirik ki, bütün bunları “banditcəsinə” etmək olmaz, siz öz kökünüzdən olan xalqla vuruşursuz. Nəyə görə?

Qoy bilsinllər ki, heç bir rus inanmayacaq ki, Lukaşenko Rusiyanın düşmənidir və Avropaya dönür.

«Belə olmasa, içəri salacam»

Sinqapurun idarə modelindən sitat gətirənlərə-- Məni daha dəyişmək olmaz. Mən sosial siyasətin tərəfdarıyam. Hər ölkənin öz modeli var. Məncə, bizim modelimiz sosial oriyentasiyalı modeldir—Lenin baba demişkən, insan istədiyini əldə edə bilmirsə, dövlət onun nəyinə lazımdır. Kimsə məni qınayır, kimsə bəyənir, kimsə tənqid edir

Hamısı haqlıdır. Amma bir baxın, özünüzə də baxın, siz nə etmisiz, nə edirsiz?

Mən düzgün ədalətli siyasət tərəfdarıyam. Qanunla hər şeyi həll etmək olmaz. Ədalət qanundan yüksəkdə dayanmalıdır.

Mən də həyatımda tez-tez ədalətsizliklə üzləşmişəm. Amma baxmaq lazımdır, düzgün olan nədir? Mən həbsdəyəmsə, bəlkə mən günahkaram, elə həbsdə olmalıyam. Ədalət kimin etdiyidir…

Rəsmilər elədiklərinə görə cavabdehdirlər, demişəm, deyirəm, belə olmasa, içəri salacam. Deyəndə gülürlər, Amma belədir, belə də edirəm.

Sən prezident yanındasansa, bu səviyyədəsənsə, dediyini eləməlisən, alınmırsa, de mənə, mən axı prezidentəm.

Deyirsiz, bizdə diktaturadır, onda diktaturadan qorxun, pullarınızı orda-burda gizlətməklə, ofşorla can qurtara bilməzsiniz.

Azərbaycandan da neft ala bilərik və almışıq da

Rusiyayla bagli sual çox vacibdir, ən vacib suallardandir, çox kəskin mövzudur, hətta artıq şey deməkdən ehtiyatlanıram, eyni zamanda bəzi şeyləri gizlətmək haqqım var bəzi şeyləri düzgün deməliyəm.

Hamımız Rusiyanın bizimçün kim oldugunu bilirik.Bilməyiniz vacibdir ki, birincisi mən də Rsiyada böyümüşəm, təhsil almışam.Nə qədər ki, prezidetntəm bir rusa bir daş belə atıla bilməz .

Açıq deyirəm...

Biz liderlərin münasibətləri çox yaxşıdır və biz açıq danışırıq, Putin-lə dostuq.

Amma təəssüf ki, rəhbərlikdə indi müxtəlif adamlar var və onların mövqeləri üst-üstə düşmür. Rusiyayla bu kəskinləşmə birinci dfə deyil--Rusiya gah qaz gah neft neft kəmərlərindən yapışır.Buna öyrəşmişik, amma bizim boğazımızdan yapışmaq nəyə lazımdır ki? Bilirik rus nefti olamsa, çətin olar. Amma müstəqillik daha önəmlidir, suverenlik bizimçün hər şeydən vacibdir! Biz neft tapacağıq, neft kifayyət qədərdi.Bu Azərbaycan, İran və Venesuela nefti də ola bilər.Azərbaycandan neftlə bağlı müqaviləmiz olub, 84 min ton neft almışıqrıq. Hətta bizə endirim də elədilər və onu Ukrayna vasitəsi ilə dəmiryolla gətirdik.

Burda ki, Rusiya itirir. Amma onlar bizə deyir ki, Rusiya nefti uçuzdur, siz uzaqdan yanacaq ala bilmərsiz. Mənsə deyirəm ki, bizim tarixi münasibətlərimiz neftdən daha bahadır.

İndi Rusiyada narahatlıq var ki, Belarus gedəcək. Biz dsha çox şey itirə bilərik, Putin-ə də bildirmişəm ki, bu yolla gedə bilmərik, biz belə davam etməməliyik, bu bəzi yollarda ayrılmalara səbəb olacaq və artıq olur da.

Lukashenka sosial ədalət və ofşor pullardan danışdı

Alyaksandr Lukashenko sosial ədalətdən, ofşor pullardan danışıb. «Oliqarxlar dəbdəbəli maşınlarda gəzib, yaxşı otellərdə istirahət edirsə, onlara işləyən, çörəkpulunu güclə qazananlara da pul verək. Heç olmazsa, ayda 500-600 dollar, mənim məqsədim budur», – deyib.

Prezident hökumətin dəstəyə ehtiyacı olanları dəstəkləməli və qorumalı olduğunu söyləyib: «Çoxuşaqlı ailələrə yardım edilməlidir. Əlini əlinin üstünə qoyanlara deyil, çalışanlara hökumət minimum yardım etməlidir. Biz uşaqlarımızı nəyə hazırlayırıq? Hər ölkə kimi, biz də heç kimin arzulamadığı müharibəyə hazır olmalıyıq həmişə. Və buna indi yardım etməklə hazır olmalıyıq».

«MÜƏLLİM DƏRSİ DƏRS VAXTI KEÇMƏLİDİR»

Prezident məktəblərdən danışıb, uşaqların yükləndiyini, nəfəs almağa da macal tapa bilmədiklərini deyib. Dərsə 10 saata qədər vaxt ayıran uşağın şəkil çəkməyə, oxuyub-oynamağa vaxt tapmadığını söyləyib. «Müəllimləri dərsi dərs vaxtı keçməyə məcbur etmək lazımdır! Uşaqlar repetitorlarla vaxt itirməməlidir». Prezident 6-cı dərs gününün ləğvi haqda danışanda belə deyib.

Keçmişdə repetitorlarsız da keçindiklərini, amma indiki şagirdlərin kitabla yükləndiyi halda elementar şeylərdən xəbərsiz olduqlarını söyləyən prezident valideynləri uşaqları əlavə yüklərdən azad etməyə çağırıb.

A.Lukashenka uşaq bağçalarından da danışıb. Ölkədə doğumun səviyyəsinin düşdüyünü, özəlliklə Minskin qocaldığını, ona görə də bağçaların boş qaldığını, bəzi bağçaları başqa idarələrə satmalı olduqlarını vurğulayıb.

«BAŞQA İŞİN QULPUNDAN TUTUN»

A.Lukashenka fermer təsərrüfatları ilə bağlı deyib: «Hamı tənqid edir, işləyə bilmirik, gəzirlər, yoxlayırlar, sıxırlar. Dünyanın hər yerində gəlirlər, yoxlayırlar. Əvvəlcə müəyyən edin, siz biznesmen olmağa hazırsınızmı? Bəlkə siz bu çətin işə hazır deyilsiz? Peşəkarsızmı, təşkilatçısınızmı? Yetərincə pulunuz varmı? Bunlar yoxdursa, tənqid etməyin, başqa işin qulpundan tutun».

Lukashenka: Gəlin hər şeydən danışaq!

Belarus prezidenti Alyaksandr Lukashenka bu gün – fevralın 3-də ictimaiyyətlə geniş görüş keçirir. «Prezidentlə böyük söhbət» adlanan görüşə təkcə mətbuat işçiləri və ictimaiyyətin təmsilçiləri qatılmayıb. Öncədən keçirilən sorğular əsasında vətəndaşların sualları toplanıb, vətəndaşlara həftənin ortalarından suallarını onlayn göndərmək imkanının verildiyi elan edilib.

«BÜTÜN SUALLARA AÇIĞAM»

Konfransa başlarkən A.Lukashenka dialoqsuz keçinməyin bu gün, elə keçmişdə də mümkün olmadığını söyləyib. Amma keçmişdə görülməyən çox işlərin qaldığını, bu gün bu barədə danışmaq istədiyini və bütün suallara açıq olduğunu bildirib.

Bugünkü mətbuat konfransı formatının zəruri olduğunu anladığını deyən prezident hər kəsdən onu və yaxınlarını narahat edən sualları verməsini xahiş edib. A.Lukashenka yalnız kimsənin, o cümlədən dövlət rəsmiləri, xüsusilə xarici dövlət başçılarının təhqir edilməməsini istəyib.

«Gəlin hər şeydən danışaq!» – deyən prezident «detalları siz məndən yaxşı bilirsiniz, mənə cəmiyyətdə baş verənləri danışın» söyləməklə diktatordan çox yeni demokrata bənzəyib.

«MƏNƏ FİKRİNİZİ DƏ DEYİN»

«Təkcə sual verməyin, mənə fikrinizi də deyin», – söyləyən prezident konfransdan öncə onu internetdə məsxərəyə qoyanlara da münasibətini bildirib: «Deyirsiz hamını çağırmamışam, düzdür, hamını yox, mənə səs verməyənləri, siyasətimi bəyənməyənləri, məni sevməyənləri, ancaq vətənini sevənləri yığmışam. O pafosla danışanları isə Donbasa göndərirəm, oradan başqa cür qayıdarlar».

«Xarici siyasət çoxşaxəli olmalıdır, başqa yol yoxdur. Bu siyasət heç də həmişə istədiyimiz kimi alınmayıb. Bir qanadda uçmuşuq, nəticəni də bilirsiz. Rusiya da, Ukrayna, Polşa, Latviya da yad deyil bizə. Qonşudur, Allahın göndərdiyi qonşu, nöqtə! Ondan sonra neyləməliyik? Bizim iqtisadiyyatımız açıqdır. Çoxşaxəli siyasət tərəfdarıyıq və buna məcburuq», – Belarus prezidenti deyib.

Qeyd edək ki, Belarus Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür.

A.Lukashenka 1993-cü ildən hakimiyyətdədir. Onu «Avropanın sonuncu diktatoru» da adlandırırlar.

XS
SM
MD
LG