Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:54

Mehriban Əliyevanın siyasəti ərindən fərqlənəcəkmi? [video]


Mehriban Əliyeva islahatlara hardan başlayır?
Gözlə

No media source currently available

0:00 0:14:47 0:00

Mehriban Əliyeva islahatlara hardan başlayır? [A-Live]

Mehriban Əliyeva deyib ki, vitse-prezident kimi diqqəti, əsasən, sosial məsələlərin, aztəminatlı ailələrin problemlərinin həllinə yönəldəcək.

Yeni vəzifəyə təyin olunmuş '1-ci xanım' bunu Rusiyanın «Rossiya 1» telekanalına, fevralın 26-da verdiyi müsahibəsində deyib.

«Əsl mərhəmət real iş, konkret addımlar tələb edir. Ən qorxulu şey mərhəmətsizlik və laqeydlikdir. Bu olmamalıdır. İstər ictimai xadim, istərsə də dövlət məmuru öncə sadəcə insanlığını qorumalıdır».

Rəsmi statistikaya görə, Azərbaycanda yoxsulluq 5 faiz həddindədir.

Müstəqil iqtisadçılar bu rəqəmin daha yüksək olduğunu deyir. Məsələn, Sosial və İqtisadi İnkişaf Mərkəzinin iqtisadçı eksperti Rəşad Həsənov bu həddin ən az 8-12 faiz olduğunu bildirir.

Buna da bax:​ 'Özünə və xalqına hörmət edən dövlət başçısı bunu etməməli idi'

Rəşad Həsənov
Rəşad Həsənov

Rəşad Həsənov bildirir ki, son iki ildə neftin qiymətinin düşməsi hökumətin sosial müdafiə siyasətinə təsir edib. Onun sözlərinə görə, ünvanlı sosial yardım alanların sayının artmasını əvvəllər hökumət öz sosial siyasətinin uğuru kimi təqdim edirdi.

Amma hazırda bunun əksi olan situasiya yaranıb. Hökumət hər növbəti hesabat dövründə bu qrupa daxil adamların sayının azalmasını aztəminatlıların sayının azalması, əhalinin rifahının yüksəlməsi kimi təqdim edir, əslində isə bu o dəməkdir ki, hökumət sosial yardım alan qrupların çevrəsini kiçiltməyə cəhd göstərir.

Bu yaz sessiyasında, Milli Məclisdə pensiya yaşının 65-ə qaldırılması müzakirə olunacaq. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Rövşən Ağayev bunu büdcənin yükünü azaltmaq cəhdi kimi qiymətləndirib.

Buna da bax:​ Qərbdən Əliyevanın təyinatına nə üçün müsbət reaksiyalar gəlmir? [müsahibə]

Amma Milli Məclisin üzvü Hadı Rəcəbli deyir ki, insanların ömrü uzandığı üçün pensiya yaşını qaldırmaq istəyirlər.

Rəsmi məlumata görə, Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Pensiyanın baza hissəsi 110 manatdır. Söhbət etdiyimiz pensiyaçılar deyirlər ki, bu pul onlara çatmır.

Bəs 1-ci xanımın vitse-prezidentliyi durumu dəyişəcəkmi?

Bəziləri hesab edirlər ki, Mehriban Əliyevanın hakimiyyəti dövründə doğrudan da islahatlar aparıla bilər. Səbəb də bu ola bilər ki, Azərbaycan Qərb fondlarından kreditlər almaq istəyir. Fondlar isə bundan ötrü ölkədə köklü islahatlar aparmaq şərti qoyur.

Buna da bax:​ Əli Həsənov Mehriban Əliyevanın təyinatından danışır

Hərçənd belə düşünənlər də var ki, Mehriban Əliyevanın siyasəti ərindən ciddi fərqlənməyəcək, əksinə daha da sərtləşəcək.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, onların fikrincə Mehriban Əliyeva nədən başlamalıdır?.

Mehriban Əliyeva hansı sosial islahat aparsın?
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov hesab edir ki, neft pullarının çox olduğu dövrdə hökumət adamlara daha çox yardımlar edirdisə, indi siyasətini dəyişməli, məsələyə daha əsaslı yanaşmalıdır.

“Sosial qrupların reabilitasiyası məsələsi gündəmdə saxlanmalıdır. Onları davamlı şəkildə ələbaxımlı vəziyyətdə saxlamaq lazım deyil, elə etmək lazımdı ki, özlərinə güvənsinlər, onlar üçün iş yerləri açılsın”.

Rəşad Həsənov həmçinin bildirir ki, ümumilikdə ölkədə iqtisadiyyat liberallaşarsa və sahibkarlara dəstək artarsa, bu, təbii şəkildə yoxsulluğu azaldar, aztəminatlıların durumunu yaxşılaşdırar.

Buna da bax:​ 1-ci Vitse-prezident hansı işləri görməlidir?

Mehriban Əliyeva prezident İlham Əliyevin sərəncamı ilə fevralın 21-də vitse-prezident təyin olunub. Onun səlahiyyətləri hələ tam müəyyən deyil.

XS
SM
MD
LG