Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:25

Moderna öz vaksininin 94.5 faiz effektiv olduğunu bildirir


ABŞ-in biotexnoloji Moderna şirkəti bəyan edib ki, ilkin sınaqlar onun hazırladığı koronavirus vaksininin 94,5 faiz effektiv olduğunu göstərib.

Moderna son bir həftədə potensial vaksinin III fazasının nəticələri barədə şad xəbər verən ikinci ABŞ şirkətidir.

COVID-19 indiyədək bütün dünya boyunca 54 milyon insana yoluxub, bunlardan 1.3 milyonu vəfat edib.

Moderna şirkətinin vəzifəli sözçüsü Stefeyn Bansel deyib ki, bu, vaksinin yaradılmasında həlledici andır.

O deyib ki, III faza sınaqları Modernanın COVID-19 vaksininin xəstəliyin qarşısını aldığını göstərib.

Banselin sözlərinə görə vaksin xəstəliyin ağır formalarının da qarşısını ala biləcək.

Qrip də koronavirus kimi təhlükəlidi, amma Azərbaycanda çox adam peyvənd etdirmir
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Təcili təsdiqə veriləcək

Xəbər verilir ki, Moderna vaksini bir neçə həftə ərazində dünya boyunca təcili təsdiq üçün təqdim edəcək.

Şirkət bildirir ki, bu yaxınlarda ABŞ daxilində istifadə üçün 20 milyon doza istehsal edəcək.

Moderna bildirir ki, nəticələr 30 min könüllüdən 95-inin göstəriciləri əsasında çıxarılıb. Onlardan 90-nı plasebo preparatı, 5 nəfəri isə vaksin qrupunda idi.

Beləliklə Moderna şirkətinin hazırladığı vaksinin 94.5 faiz səmərəli olduğu təsdiq olunub.

Könüllülərdən yalnız 11 nəfəri ağır xəstələnib və onların hamısı plasebo qrupunda idi.

Şirkət hazırda sınaqları davam etdirir və vaksinin effektivliynə dair nəticə hələ dəyişə bilər.

Fəsad yaratmadığı deyilir

Moderna vaksininin vurulduğu insanları müayinə etmiş müstəqil komissiya preparatın heç bir ciddi fəsad törətmədiyini bildirir.

Pfizer və onun Almaniya partnoyoru BioNTech ötən həftə bildirmişdi ki, onun hazırladığlı namizəd vaksin 90 faiz effektivlik göstərib.

AzadlıqRadiosu yazır ki, hər iki şirkətin nəticələri gözlənildiyindən də yaxşı olub.

Hər iki şirkətin vaksinləri RNT molekullarının sintetik versiyasından istifadə edən texnologoiya əsasında hazırlanıb.

Lakin bu şirkətlər hələlik test nəticələrinin detallarını açqılamayıblar.

Bu da xəbər verilir ki, ilk vaksinlərin istifadəyə verilməsi yalnız bir neçə aydan sonra baş verə bilər.

XS
SM
MD
LG