Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:43

'MTN işi': 'Rəhbər, təşkilatçı kim olub, rol bölgüsü necə olub?' [video]


MTN işi: Eldar Mahmudov da məhkəməyə çıxarılacaqmı?
Gözlə

No media source currently available

0:00 0:10:02 0:00

MTN işi: Eldar Mahmudov da məhkəməyə çıxarılacaqmı?

Avqustun 18-də, MTN işi üzrə Akif Çovdarovun və onun tabeliyində işləmiş daha üç nəfərin məhkəməsi yekunlaşıb, prokuror Çovdarova 15 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Bundan əvvəl keçmiş nazirliyin keçmiş şöbə müdiri Vüsal Ələkbərova 12 il hökm oxunub.

Buna da bax:​ Akif Çovdarova 15 il həbs cəzası istənildi

MTN işi üzrə istintaq nə qədər şəffaf aparılır?

Hüquq xəbərləri üzrə ixtisaslaşmış “Femida 007” portalının baş redaktoru, hüquqşünas Eyyub Kərimov deyir ki, bu məhkəmədən əsas gözlənti dəstə başçısının tapılmasıdır, indiyə qədər mühakimə olunanlar isə kiçik balıqlardır:

Eyyub Kərimov
Eyyub Kərimov

"Baş prokuror özü imzaladığı ittiham aktında mütəşəkkil dəstə anlayışına qiymətdə göstərir ki, qrup olub, qrupun təşkilatçısı olub. Onda prokurorluq bu qrupun rəhbərini ictimaiyyətə təqdim etməlidir".

Buna da bax:​ Fazil Mustafa: "Eldar Mahmudovun indiyə kimi həbs edilməməsi..."

Kim olub rəhbər, təşkilatçı kim olub, rol bölgüləri necə olub?

İyulun 10-da məhkəmə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərar çıxarıb və həmin qərarın icra olunması üçün prokurorluğa göndəriləcəyi bildirilib.

Avqustun 17-də, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosu-na deyib ki, belə məhkəmənin belə bir qərarının olub-olmamasını araşdırdıqdan sonra cavab verə bilər.

Buna da bax:​ 'MTN işi': 'Razılaşdıq ki, özlərinə və ailə üzvlərinə tur-paketlər verim'

“Təhlükəsizlik Araşdırmaları” Mərkəzinin rəhbəri, keçmiş Milli Təhlükəsizlik əməkdaşı İlham İsmayıl başqa bir məqama diqqəti çəkir, deyir ki, məhkəmə ilk baxışda açıq olsa da, jurnalistlər ora buraxılsa da, əslində suallara tam cavab almaq olmur:

İlham İsmayıl
İlham İsmayıl

“Məhkəmə prosesində də müəyyən bir hədd var, o həddə qədər gəlib çatılır, orda növbəti sual vermək lazımdır, kimdir günahkar, kim tapşırıq vermişdi, bu suallara gəlib çatdıqda bu suallar verilmir və yarımçıq kəsilir. Ona görə də məhkəmə olduğuna və orda jurnalistlərin iştirak etməsinə baxmayaraq bu işin tam şəffaf olduğunu deyə bilmərik”.

AzadlıqRadiosu Hərbi Məhkəmənin mövzu ilə bağlı mövqeyini öyrənə bilmədi, məhkəmənin də mövqeyini dərc etməyə hazırdır.

Buna da bax:​ MTN polkovniki: 'Evin sənədi heç yerdə girov saxlana bilməz. Bu qanunsuzdur'

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub.

Onlara qarşı mənimsəmə və ya israf etmə, qanunsuz azadlıqdan məhrumetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə ittiham irəli sürülüb.

İttiham olunan zabitlərin əksəriyyəti, o cümlədən Akif Çovdarov məhkəmədə bu ittihamları rədd ediblər.

XS
SM
MD
LG