Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:42

Leyla İsmayılzadə: 'Yalçın İmanov məhbus yaxınlarımız üçün təkcə vəkil deyildi...'


"Nardaran işi" məhkəmə qarşısında
"Nardaran işi" məhkəmə qarşısında

Noyabrın 20-də Vəkillər Kollegiyasından xaric olunan Yalçın İmanovun hüquqlarını müdafiə etdiyi şəxslərin bir qismi Nardaran hadisələrinə görə həbs olunanlardır.

Nardaran məhbuslarının ailələri noyabrın 27-də mətbuat konfransı keçirərək, yaxınlarının vəkilsiz qalmasına etiraz ediblər. Bildiriblər ki, Yalçın İmanov haqqında qərar ədalətsizdir və bu qərar onların ailə üzvlərinin müdafiə hüququnun pozulmasına səbəb olub. Ona görə də Yalçın İmanovun özünün pozulmuş hüquqlarının müdafiəsi üçün mümkün olan bütün hüquqi addımları atacaqlar.

Buna da bax: Vəkil Yalçın İmanov kollegiyadan çıxarıldı

“ONU BUNA GÖRƏ CƏZALANDIRDILAR”

"Yalçın İmanov bizim məhbus yaxınlarımız üçün təkcə vəkil deyildi, həm də dost, qardaş idi. Ona görə də bizim məhbuslar Yalçın İmanova qarşı haqsızlığa sükutla yanaşmaq niyyətində deyil. Üstəlik, bu qərar onları müdafiəsiz qoymağa hesablanıb. Onlardan asılı olan bütün hüquqi addımları atacaqlar", – Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş ilahiyyatçı Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə bildirib.

Y.İmanovun başqa bir müvəkkili, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur deyir ki, onun vəkillik fəaliyyətinin dayandırılması siyasi qərardır. Səbəb isə İmanovun Nardaran olayları ilə bağlı həqiqətləri üzə çıxarması, cinayət işindəki saxtakarlıqları ifşa etməsidir: "Onu məhz buna görə cəzalandırdılar. Biz bu qanunsuzluğa, ədalətsizliyə biganə qala bilmərik. Atılacaq hüquqi addımlar müzakirə olunacaq, bu haqda ictimaiyyətə ətraflı məlumat verəcəyik".

Buna da bax: 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]

Nardaran olayları ilə bağlı məhkəmə proseslərinin aktiv iştirakçılarından biri, oktyabrda həbs olunan Əhsən Nuruzadənin anası Zeynəb İsmayılzadə də bildirib ki, bütün mümkün hüquqi vasitələrlə Vəkillər Kollegiyasının qərarına etirazlarını ifadə edəcəklər: "Əhsəni iki dəfə oğurlayıb, ona hər dəfə on gün inzibati həbs cəzası vermişdilər. Üçüncü dəfə cinayət işi açdılar. Hər üç dəfədə Yalçın İmanov yanımızda oldu. Ona görə də Yalçın İmanovu təkcə Əhsənin vəkili yox, özümə oğul bilirdim. Əhsən müdafiəsiz qalmasına görə özü də haqqını müdafiə etmək üçün hüquqi addımlar atacaq, mən də öz tərəfimdən etirazımı ifadə edəcəm".

Sahib-Əz-Zamanın gəlişinə inanmaq dövlət çevrilişdirmi?
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

XATIRLATMA

Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılır.

Bu qərar avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova istinadən onun Qobustan Qapalı Həbsxanasında işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edib.

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və Qobustan həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Ədliyyə polkovniki O.Məmmədov isə iddia edib ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışır.

İndiyədək bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin «siyasi məhbus» kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib. Ancaq Kollegiya bunları danıb, hər bir vəkilin qurumdan uzaqlaşdırılmasına fərqli səbəblər göstərib.

XS
SM
MD
LG