Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:36

Polşa Belarusla sərhəd boyunca hasar tikəcək


Polşa sərhədçiləri və Belarusdan gələn miqrantlar
Polşa sərhədçiləri və Belarusdan gələn miqrantlar

Mariuş Blaşşak avqustun 23-də Twitter-də yazıb ki, Belarusla sərhəddə hündürlüyü 2.5 metr olan beton hasar tikiləcək

Polşa Belarusla arasında olan sərhəd boyunca hasar tikəcək. Bu bəyanatı ölkənin müdafiə naziri avqustun 23-də verib.

O deyib ki, məqsəd Belarusun rəhbəri Alyaksandr Lukaşenka rejiminin Avropa İttifaqı sanksiyalarına cavab olaraq süni şəkildə yaratdığı miqrant axının qarşısını almaqdır.

Reuters agentliyininin məlumatına görə, Polşa və onun Avropa İttifaqı üzrə müttəfiqləri olan Litva və Latviya İraqdan və Əfqanıstandan miqrant axının kəskin artması barədə məlumat veriblər.

Bu miqrantlar sözü gedən ölkələrə məhz Belarus torpağından daxil olmağa çalışırlar. Avropa İttifaqı bildirir ki, Lukaşenka bloka qaçqınlardan istifadə etməklə “hibrid müharibəsi” vasitəsilə təzyiq göstərməyə çalışır.

Polşanın müdafiə naziri Mariuş Blaşşak avqustun 23-də Twitter-də yazıb ki, Belarusla sərhəddə hündürlüyü 2.5 metr olan beton hasar tikiləcək və sərhədə əlavə olar hərbi qüvvələr cəmləşdiriləcək.

İnsan haqları müdafiəçiləri Polşa hökumətini bir qrup miqrantı iki həftədir ki, sərhəddəki Usnarts Qorni kəndi yaxınlığında açıq havada saxlamaqda ittiham edir.

Polşa isə bildirir ki, bu qrupun onun ərazisinə daxil olması daha böyük miqrant axınına səbəb ola bilər və beləliklə Lukaşenkanın işinə yarayar.

İnsan haqları müdafiəçiləri tənqid edirlər

Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç deyib ki, bunlar əsl qaçqlınlar yox, Belarus hökumətinin sərhədə gətirdiyi iqtisadi miqrantlardır.

Bununla belə, miqrantların hüquqlarını müdafiə edən vəkil Mikolay Petrşak TVN24 kanalına deyib ki, bu insanlarla qeyri-humanist şəkildə rəftar edilir və bu hərəkətlər əslində işgəncə kimi qiymətləndirilməlidir.

Polşanın insan haqları ombudsmanı bəyan edib ki, ölkə sərhəd xidməti bəzi miqrantlardan beynəlxalq sığınacaq istədiklərinə dair bəyannamələri qəbul etməməməklə Cenevrə Konvensiyasını pozub.

Sərhəd xidməti bu bəyanatı hələki şərh etməyib.

Bu arada Litva hökuməti avqustun 23-də bildirib ki, Belarusla sərhəddə tikanlı hasar çəkişini tam olaraq gələn ilin sentyabrınadək başa çatdıracaq.

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka deyib ki, ona və ölkəsinə qarşı qoyulmuş sanksiyalardan sonra onun ölkəsindəki qanunsuz miqrantların Avropaya keçmələrinə mane olmayacaq.

XS
SM
MD
LG