Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:10

Prezidentin ayırdığı milyonlar yollarda "batır"


Cənub bölgəsində yol
Cənub bölgəsində yol

►İcra hakimiyyətləri bu tənqidlərlə razılaşmırlar

Prezident İlham Əliyev əyalətlərə səfər edərkən baş çəkdiyi rayonlara müxtəlif təmir-tikinti işləri üçün özünün ehtiyat fondundan pul ayırır.

Bu pullar əsasən yolların salınması və əsaslı təmirə yönəldilir. Ölkənin cənub rayonları da mütəmadi olaraq belə vəsaitlər alır. Bu vəsaitlər rayon icra hakimiyyətlərinə verilir.

Milyonlar, milyonlar, milyonlar...

Məsələn, Astara rayonuna 2013-cü ildə 3 milyon, 2014-cü ildə 4,7 milyon, 2015-ci ildə isə 5,5 milyon ( 3 milyonu yolların salınması üçün) pul ayrılıb.

Lerik rayonunda isə uyğun göstərici belədir. 2014-cü ildə 2 milyon, 2015-ci ildə isə 7 milyon (hər iki vəsait yollar üçün nəzərdə tutulub).

Masallı rayonuna isə prezidentin ehtiyat fondundan 2013-cü ildə 6 milyon, 2015-ci ildə isə 7 milyon manat (ASAN xidmət mərkəzi üçün) vəsait ayrılıb.

Bundan başqa Yardımlı rayonuna son illər eyni fonddan yol tikintisi üçün üst-üstə 6 milyon 300 min manat vəsait verilib. 2015-ci ilin avqust ayında da Cəlilabad-Astara-Cənqan-Soltankənd kənd yolunun salınması üçün 3 milyon manat pul ayrılıb. Ancaq bu rəqəmlər hələ tam deyil.

Buna da bax: Xanım jurnalistlərin “Bandotdel”də gördükləri

Satınalma müqavilələri ilə uyğunsuzluq...

Lənkəran ən çox vəsait alan rayonlardan hesab olunur. Bəzi yerli saytlar bildirir ki, yolların tikintisi və təmiri ilə bağlı son üç ildə Lənkəran rayonuna prezidentin sərəncamı ilə 12 milyon 800 min manat vəsait verilib. Qaynar.İnfo. saytında bu məsələlərlə bağlı oxuyuruq:

Sakinlərin demələrinə görə, Deqadi kəndinin mərkəzindən keçən yol da yarıtmaz haldadır.Yolun elə yerləri var ki, eni 4 metrədn də azdır. Asfaltın qalınlığı tələblərə cavab vermir.

”Bu pullar heç də aidiyyəti üzrə xərclənməyib. Satınalmalar üzrə Dövlət Agentlyinin son 3 ildə açıqladığı hesabatlardan görünür ki, yuxarıda qeyd olunan istiqamətlər üzrə xərclər ümumilikdə 5 milyon manat olub. Belə ki, Liman-Nərimanabad-Balıqçlar avtomobil yolunun tikintisi məqsədi ilə 5,6 milyon manat pul ayrılsa da, 2013-cü ildə elan olnunan tenderə əsasən bu məqsədlə”Lənkəran Yoltikinti”MMC ilə 2 milyon manat dəyərində Satınalma müqaviləsi bağlanıb.”

Belə çıxır ki, 3,6 milyonun taleyi məlum deyil. Saytın yazdığına görə Lənkəran rayonunda daxili yolların təmiri üçün ayrılan 4 milyon manatın 1 milyonu da yoxa çıxıb.

Buna da bax: Polşada azərbaycanlı məhbusları müdafiə aksiyası- [Fotolar]

Pul ayrılıb, yol salınmayıb...

Neftçala rayonunun Çorkənd-Beştalı-Bankə-Şeravni yolunun tikintisi üçün isə 2014-cü ildə prezidentin sərancamı ilə 3 milyon pul ayrılıb.İndiyə kimi yol salınmayıb.

Cənub bölgəsinin darısqal yollarından
Cənub bölgəsinin darısqal yollarından



Prezident Ilham Əliyev ötən ilin sonlarında Astara rayonunun Deqadi-Pəlikəş yolunun tikntisi üçün 4,7 milyon vəsait ayrıdı. Yol da çəkilib. Dağ yoludur. Rayonun tarixində birinci dəfədir ki, dağ ərazisnə asfalt yol çəkilib. Lakin bu yol tam başa çatmayıb. Daha 2 kilometr yol çəkilməlidir ki, Sım kəndinə çatsın. Sakinlərin demələrinə görə, Deqadi kəndinin mərkəzindən keçən yol da yarıtmaz haldadır.Yolun elə yerləri var ki, eni 4 metrədn də azdır. Asfaltın qalınlığı tələblərə cavab vermir.

Yol 1 il sonra dağılıb...

Əsaslı təmir olunmuş Lerik-Lənkəran yolu da sökülüb dağılmaqdadır. Prezidentin ayırdığı vəsaitin hesabına əsaslı təmir olunmuş Lənkəran –Boradigah yolunun isə Mahmudavar kəndindən keçən hissəsi pis vəziyyətdədir. Sakinlər deyir ki, yolun təmirindən heç bir il də keçməyib. Astara-Bala Şahğacı yolu da eyni taleyi yaşamaqdadır. Astara rayon icra hakimiyyətinin saytında 40 kilometr kənd yollarının təmir olunduğu bildirilir.

Rayon İcra hakimiyyətlərinin sayıtlarında vəsaitlərin ayrılması və işlərin görülməsi barədə məlumatlar getsə də işləri görən təşkilatlardan bir kəlmə də danışılmır.

İdisadçı Vidadi Mirzəyev isə deyir ki, prezidentin ehtiyat fondundan rayonlara ayrılmış vəsaitlərlə bağlı aydınlıq yoxdur. Şəffaflıq yox dərəcəsindədir. O hesab edir ki, bu vəsaitlər korrupsiya mənbəyidir:

Astara rayon sakini Elçin İbrahimli deyir ki, Astara –Bala Şahğacı yolunu asfaltlayandan bir il sonra təmir etməli oldular:

“Yol keyfiyyətsizdir, dağılır. Yaxşı ki, hər dəfə təmir edirlər. Yoxsa yol keçilməz hala düşə bilər.”

İdisadçı Vidadi Mirzəyev isə deyir ki, prezidentin ehtiyat fondundan rayonlara ayrılmış vəsaitlərlə bağlı aydınlıq yoxdur. Şəffaflıq yox dərəcəsindədir. O hesab edir ki, bu vəsaitlər korrupsiya mənbəyidir:

Vidadi Mirzəyev
Vidadi Mirzəyev



“Yol tikintiləri korrupsiya mənbəyidir. Bunu çox sadə üsulla sübut etmək olar. Birinci mərhələdə yolun özülü qoyulur. Sonra üzlük qatı gəlir. Bunlara əməl olunmur. Yolun eni ən azı 6 metr, qalınlğı isə 12 santimetr olmalıdır. Biz ölçdük, özünüz də gördünüz ki, yolun eni 4,6 metrdir. Qalınmlığı isə 8 santimetrdən yuxarı qalxmır.Bunlardan da dar yol var. Lənkəranın Mahmudavar kəndi ərazisindən keçən asfalt yol özü-özünə ovulur. Deyirlər ki, asfalt Gəncədən gətirilib, yolda keyfiyyətini itirib.



İqtisadçı hesab edir ki, prezidentin kənd yolları üçün ayırdığı vəsaitin təyinatı üzrə xərclənməsinə zəif nəzarət olunur.

Buna da bax: Bakıda “Nurcu”lara qarşı reyd keçirilib

İcra Hakimiyyətinin mövqeyi...

Ancaq yerli icra hakimiyyətləri tənqidləri qəbul etmirlər. Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov prezidentin kənd yollarının təmiri və salınması ilə əlaqədar ayırdığı vəsaitin təyinatı üzrə xərcləndiyini deyir:

“Prezidentin ayırdığı vəsaiti başqa sahəyə yönəltmək qəti olmaz və mümkün deyil. Vəsait təyinatla gəlir. Biz tender keçirdirik və həmin tenderdə qalib gələn şirkət tələb olunan işi görür. Prezidentin sərəncamı yerinə yetirilir. Bunun başqa adı yoxdur. O pulu harasa xərcləmək qeyri-mümkündür.”

Müavin prezidentin sərəncamı əsasında ayrılmış vəsaitin gecikməsini də istisna etmir. Habil Məlikovun dediyinə görə, ondan sonra bütün işlər rayon icra hakmiyyətindən aslı olur. O deyir ki, sənədlər icra hakimiyyəti tərəfindən hazırlanır və təsdiq üçün yuxarı orqanlara göndərilir:

“Vaxtında həll edə bilmirik. Podratcı təşkilat tapa bilmirik. Sənədləşmə başa çatandan sonra Maliyyə Nazirlyi pulu buraxır. Fövqəladə Hallar Nazirliyinin təkcə 11 strukturundan keçir sənədlər. Burda gecikmələr ola bilər. Podratçı təşkilat ona pul köçürülməmiş işin 30 faizini görməli olur. Təşkilatın keyfiyyətli iş görmək qabiliyyəti burda məlum olur. İş görüldükcə forma 2 doldurulur. Bu sənədə əsasən iş yoxlanılır.”

İşin keyfiyyətini bir neçə qurum yoxlayır...

Müavin işin keyfiyyətsiz görülməsi fikiri ilə də razılaşmır. Onun sözlərinə görə, işin keyfiyyətini bir neçə qurum yoxlayır və ümumi nəticəyə gəlirlər. Habil Məlikovun sözlərinə görə. son iki ildə salınmış yolların keyfiyyəti yaxşıdır və onları razı salır. O, Lerik-Lənkəran yolunun yenidən təmir edilməsini də vacib sayır:

“Zuvand yolu keyfiyyətli salınmışdı. Digər təşkilat bu yolu dağıtdı, indi də dağıdır, səsimiz heç yerə çatmır. Cənab prezident 12 milyon pul ayırıb. Su və melorasiya gəlib hər gün yolları qazır. Yeni yol salınır, dəyəri 19,8 milyon manat. Bizə verilib 8 milyon. Yəqin qiymətlərin qalxması ilə bağlı vəsaiti artırmalı olacaqlar. 18 kilometri tikilib. Sonrakı işlər üçün vəsait ayrılmayıb. Lerik-Lənkəran yolu ağır vəziyyətdədir. Həmin yolla ağır yüklü maşınlar keçir. İpək yolu üçün torpaq daşıyırlar. Yolu korlayırlar.”

XS
SM
MD
LG