Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:03

Putin: 'Bəlkə də formatı azacıq dəyişmək olar...'


Rusiya prezidenti Vladimir Putin deyib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlanandan bəri 5 min nəfər həlak olub.

O bildirib ki, hər bir tərəf 2 min nəfər itki verib.

Valday forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin müqayisə üçün deyib ki, Əfqanıstanda 10 il müddətində 13 min sovet əsgəri həlak olmuşdu:

“Bu münaqişə mümkün olan ən pis variantdır”.

Putin deyib ki, “hansısa bir məqamda bizə belə gəldi ki, həll yolu tapıla bilər, amma bunu etmək mümkün olmadı”.

RBK agentliyi yazır ki, Putinin itkilər barədə verdiyi rəqəmlər Dağlıq Qarabağın rəsmi məlumatlarında olduğundan çoxdur.

Separatçı rejimin verdiyi məlumata görə erməni tərəfinin itkiləri indiyədək 874 əsgər olub.

Azərbaycanın Müdafiə Nazirliyi itkilər barədə heç bir məlumat vermir.

“Bizim üçün həm Azərbaycan, həm də Ermənistan...”

Rusiyanın Bakı və Yerevanla münasibətlərini şərh edən Putin deyib ki, bu iki ölkə Moskva üçün eyni dərəcədə partnyordur:

“Bizim üçün həm Ermənistan, həm də Azərbaycan bərabər dərəcədə partnyordur. Və bu bizim üçün böyük faciədir ki, orada insanlar ölür. Biz həm Ermənistan, həm də Azərbaycanla tammiqyaslı münasibətlər qurmaq istəyirik”.

Rusiyanın RIA Novosti agentliyinin yazdığına görə Putin deyib ki, Rusiyanın Ermənistan və Azərbaycanla münasibətləri bu ölkələrin ABŞ və Türkiyə ilə münasibətlərindən fərqlənir:

"Buna görə də biz, əlbəttə, xüsusi məsuliyyət hiss edirik və bu mənada son dərəcə ehtiyatlı davranmalıyıq. Amma bu kontekstdə bizə Birləşmiş Ştatların, Fransanın və qrupun (Minsk qrupunun) üzvü olan başqa ölkələrin dəstəyi lazımdır".

Ankara ilə fikir ixtilafı olsa da

Rusiya prezidenti deyib ki, Cənubi Qafqazdakı vəziyyət barədə Moskva və Ankaranın mövqeləri üst-üstə düşmür:

“Cənubi Qafqazdakı vəziyyətlə bağlı bizim mövqelərimiz üst-üstə düşmür. Biz düşünürük ki, belə mübahisəli məsələləri güc və silah mövqeyindən yox, diplomatik axarda həll etmək lazımdır”.

ATƏT-in Minsk qrupu barədə suala cavab verərkən Putin deyib:

“Orda otuz ildir ki, danışıqlar gedir, amma heç bir xeyri yoxdur. Lakin fikrimcə bu o demək deyildir ki, atəş açmaq lazımdır”.

Vladimir Putin deyib ki, Rusiya Qarabağ tənzimləməsinə görə xüsusi məsuliyyət hiss edir, lakin ona ABŞ və Fransanın da dəstəyi lazımdır.

Minsk qrupu üzrə danışıqlar formatının dəyişdirilməsinə ehtiyac olub-olmadığı barədə suala cavab verərkən Putin deyib:

O Dağlıq Qarabağ danışıqlarının formatının dəyişdirilməsi mümkünlüyünə dair sualın cavabında deyib:

"Sizin bu sualınıza məndə təəssüf ki, cavab yoxdur. Bir sıra obyektiv səbəblərə görə, heç də ona görə yox ki, mən burada Rusiyanın rolunu böyütməyə çalışıram, biz axı başa düşürük ki, bunlar Rusiyanın yanında baş verir. Bunlar bizim qonşularımızdır. Bizim bu ölkələr, xalqlarla xüsusi münasibətlərimiz var. Bizim burda təsirimiz nəhəngdir”.

Putin daha sonra bildirib:

"Bununla əlaqədar nəyisə dəyişdirmək lazımdırmı? Bilmirəm, bəlkə də. Bəlkə də formatı azacıq dəyişmək olar”.

XS
SM
MD
LG