Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:08

Qazaxıstan və Çin vizasız rejimə keçir


İki ölkə arasında təyyarə uçuşları kəskin artır

Noyabrın 10-dan Qazaxıstan və Çin arasında azad viza rejimi qüvvəyə minib.

AzadlıqRadiosunun qazax xidməti yazır ki, iki ölkə arasında əldə olunan razılığa əsasən, Qazaxıstan və Çin vətəndaşları digərində 30 gün vizasız qalmaq hüququ əldə edir. Həmin razılığa görə, qonşu ölkəyə səyahət edən şəxslər hər 180 ərzində 90 gündən çox qala bilməyəcək.

İki ölkə arasında noyabrın 10-da qüvvəyə minən razılıq bu ilin iyulun 26-da imzalanıb.

AzadlıqRadiosunun qazax xidməti xatırladır ki, bu razılaşmadan sonra iki ölkə arasında təyyarə uçuşlarının sayı da kəskin artıb. Yeni viza rejiminin ardından həftədə 27 uçuş sayının 84-ə qalxması gözlənilir.

İki ölkə arasında yeni viza rejimi Qazaxıstanda bəzi qruplar tərəfindən etirazla qarşılanır. Aktobe əyalətindəki etirazçılar yeni viza rejiminin Qazaxıstanın maraqlarına uyğun gəlmədiyini iddia edir. Onlar Qazaxıstanın neft-qaz sənayesinin böyük hissəsinin, o cümlədən Aktobe bölgəsinin artıq Çin hakimiyyətinin nəzarəti altında olduğunu deyir.

Qazaxıstan höküməti isə bu razılığın iş vizasını deyil, sadəcə turist və qısa müddətli səyahətləri əhatələdiyini bildirib.

XS
SM
MD
LG