Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:39

Navalny-dan hakimiyyətə suçlama


Aleksei Navalny
Aleksei Navalny

Rusiyanın müxalifət lideri Aleksei Navalny deyir ki, Sankt-Peterburq hakimiyyəti onun oktyabrın 7-də şəhər mərkəzində keçirmək istədiyi görüşə icazə vermir.

Sentyabrın 27-də Navalny vebsaytında yazıb ki, şəhər rəsmiləri onun ancaq şəhər kənarında görüşünə icazə verirlər, ancaq həmin yerlər böyük toplantılara uyğun deyil.

Navalny özünə qarşı rəsmi ittihamların mövcudluğuna baxmayaraq, prezidentliyə namizədliyini elan edib.

«TƏXRİBATÇILAR»

Şəhərin hüquq və asayiş komitəsinin təmsilçisi Andrei Krasnov «Exo Moskvı» radiostansiyasına deyib ki, Navalny-nin tərəfdarları «təxribatçılar»dır və şəhər mərkəzində görüşmələrinə ehtiyac yoxdur.

***Buna da bax-Sobchak-la Navalny söz savaşında - prezidentliyə namizədlik mübahisəsi

Navalny şəhər mərkəzində – Mars çölündə görüş üçün bir daha müraciət edəcəyini söyləyib. O deyib ki, bu müraciətə imtina alsa, görüşü şəhərin Saray Meydanında keçirəcək. Navalny meydanda «dinc yürüş» təşkil edəcəyini vurğulayıb.

«Bütün peterburqluları dəvət edirəm. Ya Mars, ya da Sarayda. Buna şəhər administrasiyası qərar verəcək», – Navalny yazıb.

Müxalifət lideri tərəfdarlarından plana dəstək verib-vermədiklərini də soruşub. Plana qarışıq reaksiya verilib, sentyabrın 28-də səhərədək 1431 reaksiya gəlib.

HAKİMİYYƏTİN ƏNDİŞƏSİ

Navalny ötən il elan edib ki, 2018-ci ilin martında prezident seçkisinə gedəcək. O vaxtdan Rusiyanın müxtəlif regionlarında 60-dan çox kampaniya ofisi açıb.

***Buna da bax-Putin-in mümkün 'xələf'ləri. Siyahıda 19 ad var...

Ancaq Rusiyanın Mərkəzi Seçki Komissiyası iyunda bildirib ki, Navalny-yə maliyyə ittihamları var. Müxalifət lideriysə bunları siyasi motivli adlandırır.

«Human Rights Watch» insan haqları təşkilatı bu ayn əvvəlində yaydığı bəyanatda bildirib ki, Rusiya hakimiyyəti «sistematik olaraq» Navalny-nin prezidentliyə namizəd olmaq cəhdlərini əngəlləyir, onun ofislərinə basqın edir, kampaniyasına qoşulan könüllüləri saxlayır, «kampaniyaya əsaslandırılmamış müdaxilələr sayılan digər hərəkətlər gerçəkləşdirir».

Rusiya prezidenti Vladimir Putin hələlik namizədliyini verəcəyini açıqlamayıb. Ancaq onun dördüncü müddətə prezidentliyə postuna iddia edəcəyinə çoxunda şübhə yoxdur.

Kreml Navalny-nı məhkum, marginal siyasi fiqur adlandırır. O, 2013-cü ildə Moskvada mer seçkilərində səslərin 27 faizini toplamaqla ikinci yeri tutub.

XS
SM
MD
LG