Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:50

Sobchak-la Navalny söz savaşında - prezidentliyə namizədlik mübahisəsi


Ksenia Sobchak "Devchata" TV şousunda
Ksenia Sobchak "Devchata" TV şousunda

Rusiyada müxalifətçi Aleksei Navalny tanınmış teleaparıcı Ksenia Sobchak-la söz savaşına çıxıb. Sobchak-ın martda keçiriləcək prezident seçkilərində namizədliyini verəcəyi haqda söz-söhbətlər var. Ancaq özü, hələlik, bu xəbəri nə təsdiq, nə də təkzib edib.

Keçmiş KQB polkovniki Vladimir Putin-in 1990-cı illərdə Sobchak-ın atası, Sankt-Peterburq meri Anatoly Sobchak-ın işçisi olduğu bəllidir.

Sobchak-ın namizədliyi haqda xəbər təsdiqlənməsə də, bəzi müşahidəçilər onun həqiqiliyinə inanır. Seçki kampaniyasına daha çox dəstək almağa çalışan müxalifət lideri Navalny hazırda Uzaq Şərqdə olmasına baxmayaraq, bu xəbərə kəskin reaksiya verib.

Buna da bax:​ Rusiyada fəalların onlayn savaşı

KREMLİN SADƏ NİYYƏTİ

Navalny iddia edir ki, Sobchak namizədliyini verərsə, seçkilərdə Kremlə xidmət edən liberal pozucu qüvvə kimi çıxış edəcək. Onun fikrincə, Sobchak seçkilərə inam formalaşdıraraq, onun kampaniyasına ziyan vuracaq.

Rəsmilər deyirlər ki, Navalny ona talama maddəsiylə irəli sürülmüş ittihamlara görə namizədliyini verə bilməz. Navalny isə bu ittihamların siyasi olduğunu deyir.

"Kremlin niyyəti çox sadədir. Onlar, xüsusən də məni qeydə almaq istəmədiklərinə görə, karikaturaya bənzər liberal namizəd axtarırlar. Onlar deyirlər ki, ‘biz Navalny-nın namizədliyinə imkan vermirik, çünki o, cinayətkar ekstremistdir, ancaq baxın, əvəzində Ksenia Sobchack var. O, müxalifətin istədiyi hər şeyi deyir’", – Navalny sentyabrın 21-də "YouTube" kanalındakı izləyicilərinə deyib.

Buna da bax:​ Etnik yazıçılar Putinə 'odla oynamamaq' xəbərdarlığı edirlər

O, Sobchak-ın iqtisadi və siyasi baxışlarını "adamyeyən baxışlar" adlandırıb və deyib ki, 1990-cı illərin əvvəllərinə aid liberallardan yadigar qalmış bu baxışlara görə hər şey, hətta təhsil, səhiyyə və parkinq də pullu olmalı, pensiya yaşı artırılmalıdır.

MÜXALİFƏTDƏ “MONOPOLİYA” YARATMAQ

Sobchak-sa buna cavab olaraq sentyabrın 23-də "populist" Navalny-nı onun baxışlarını təhrif etməkdə günahlandırıb. O, həmçinin soruşub ki, niyə Navalny onu Youtube-da tənqid etməkdənsə, sadəcə, ona zəng vurmayıb.

Sobchak eyni zamanda Navalny-nı müxalifət fəaliyyətində "monopoliya" yaratmağa çalışmaqda və müxalif siyasətçi Dmitry Dudkov-u sentyabrın 10-u Moskva bələdiyyəsinə seçkilərdə fəal dəstəkləməməkdə suçlayıb.

Buna da bax:​ Navalny-nın fondu Peskovun oğlu ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb

Sobchack 2000-ci illərdə realiti teleşousunun aparıcısı kimi məşhurlaşıb. Ancaq müxalifətin 2011-ci ilin sonlarındakı etiraz aksiyalarında hakimiyyətin tənqidçisi kimi gündəmə gəlib. Hazırda o, müstəqil "Dojd" kanalında jurnalist kimi çalışır.

Sobchak-ın namizəd ola biləcəyi haqda xəbər ilk dəfə "Vedomosti" qəzetində dərc edilib. "Kreml mümkün qadın namizədləri nəzərdən keçirir. Mənbələrdən biri Sobchak-ın "ideal" namizəd ola biləcəyini deyir", – "Vedomosti" yazıb.

2012-ci ildə prezident seçkilərində Kreml seçki səhnəsini liberal milyarder Mikhail Prokhorov-un ətrafında qurmuşdu. O, Kremlin həqiqi yarış illüziyası yaratmaq məqsədilə ortaya atdığı saxta namizəd kimi görünürdü, ancaq milyarderin özü bu fikri rədd edib.

Buna da bax:​ Putinin keçmiş dostu indi Rusiyadan 6 milyard təzminat istəyir

“MƏNİ GÖZDƏN SALMAQ CƏHDİDİR”

Sobchak Kremllə hər hansı əməkdaşlığı inkar edir. O, öz Facebook səhifəsində "müstəqil şəxs" olduğunu və "bununla fəxr etdiyini" yazıb. Jurnalist dəfələrlə bildirib ki, mediada onun namizədliyi ilə bağlı xəbərlər onu gözdən salmaq məqsədi daşıyır.

"Namizədliyim haqda şayiələr təxribat və məni gözdən salmaq cəhdidir. ... Hazırda böyük layihə üzərində çalışıram, ancaq bu, siyasi yox, jurnalist layihəsidir", – Sobchak sentyabrın 20-də "Dojd" TV-də deyib.

Amma bu da şayiələrə son qoymayıb. Sentyabrın 22-də jurnalist Ilya Varlamov-un populyar bloqu yazıb ki, Sobchak namizədliyini Putin-lə görüşəndən sonra elan edəcək.

Putin hələlik, seçkilərdə iştirak niyyətini açıqlamayıb. Ancaq səsverməyə gedərək qalib gələcəyi gözlənilir.

Buna da bax:​ Putinin mümkün 'xələf'ləri. Siyahıda 19 ad var...

Qeyd edək ki, Putin Sobchak-ın atası, keçmiş Sankt-Peterburq meri Anatoly Sobchak-ı öz müəllimi adlandırır. O, ata Sobchak-ın iki müavinindən biri olub. 1996-cı ildə seçkiləri uduzan Sobchak-a cinayət işi açılıb və o, ölkəni tərk etməli olub.

O, 1999-cu ildə Putin baş nazir təyin olunandan sonra ölkəyə qayıdıb. Sobchak-ın zəhərlənərək öldürüldüyü haqda ittihamlar da səsləndirilir.

XS
SM
MD
LG