Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:39

Aİ səfirləri Rusiya neftinə qiymət həddi barədə razılığa gəliblər


Avropa İtiifaqı ölkələrinin səfirləri Ukraynaya səbəbsiz və əsassız hücumuna görə Rusiyaya qarşı sanksiyaların 8-ci paketinə dair razılığa gəliblər

Avropa İtiifaqı ölkələrinin səfirləri Ukraynaya səbəbsiz və əsassız hücumuna görə Rusiyaya qarşı sanksiyaların 8-ci paketinə dair razılığa gəliblər.

Bu paketə habelə Rusiya neftinə qiymət həddinin qoyulması daxildir.

Səfirlərin sözlərinə görə bu paket sənədinin son variantı nümayəndələr tərəfindən artıq oktyabrın 5-də təsdiq olunacaq.

ABŞ-ın Politico portalı yazır ki, indiki paket çərçivəsində yüksək qiymət həddi qoyulmasının hüquqi əsasları nəzərdən keçiriləcək.

Rusiya neftinə yüksək qiymət həddinin qoyulmasını bu yaxınlarda Böyük yeddilərin G7 qrupu təklif etmişdi.

Qeyd olunur ki, neftə yüksək qiymət həddi qoyulmasının diapozonu hələki müəyyən edilməyib.

8-ci sanksiya paketində daha nələr var

Politico habelə yazır ki, Aİ-nin 8-ci sanksiya paketi Rusiyanın poladəritmə sənayesini hədəfləməlidir.

Bu sanksiya paketinin qəbulundan sonra Avropa İttifaqı vətəndaşları Rusiya dövlət şirkətlərində rəhbər vəzifə tuta bilməyəcəklər.

Bundan əvvəl G7 ölkələrinin maliyyə nazirləri Rusiya neftinin alış qiymətlərinə hədd qoyulması barədə təkliflə çıxış etmişdilər.

Hər bir barrel üçün konkret qiymətin daha sonra müəyyənləşdiriləcəyi bildirilib.

Qərarın özü isə dekabrın 5-dən qüvvəyə minəcək.

Putin: “Heç nə verməyəcəyik”

G7 nazirlərinin bəyannaməsində habelə başqa ölkələrə də Rusiya enerji daşıyıcılarına yuxarı qiymət həddinin qoyulması təklif olunur.

Bu bəyannamədə neft ixrac edən ölkələrə neft hasilatının artırılması üçün çağırış edilir.

Bu qətnamənin qəbulundan sonra bu məsələ barədə şərh verən Kreml sözçüsü Dmitri Peskov demişdi ki, Moskva qiymət həddi təşəbbüsünə qoşulan ölkələrə neft satışını dayandıracaq.

Avropa İttifaqında habelə Rusiyadan idxal edilən təbii qaza yüksək qiymət həddi qoyulması təşəbbüsü müzakirə edilib.

Rusiya prezidenti Vladimir Putin bu təşəbbüsə cavab olaraq demişdi:

"Bəs kontraktlara zidd siyasi qərarlar qəbul edilərsə, biz nə edəcəyik? Biz bu kontraktlara sadəcə olaraq əməl etməyəcəyik. Ümumiyyətlə bizim bu halda iqtisadi maraqlarımıza zidd olan təşəbbüslər üzrə təchizatı dayandıracağıq. Nə qaz verəcəyik, nə neft, nə kömür, nə də yanacaq mazutu – heç nə verməyəcəyik”.

Qarabağdakı separatçı rejimdən Paşinyana cavab gəldi
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

XS
SM
MD
LG