Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:56

Bolqarıstan Rusiya qazından qurtulur: Əsas Azərbaycan qazını ötürəcək yeni kəmər işə düşüb


Bolqarıstan, yeni qaz kəmərinin aşılışı, 1 oktyabr 2022
Bolqarıstan, yeni qaz kəmərinin aşılışı, 1 oktyabr 2022

Yeni qaz kəmərinin illik gücü 3 milyard kubmetrdir. Layihənin məqsədlərindən biri Bolqarıstanın Rusiyandan enerji asılılığını azaltmaqdır

Şənbə günü - oktyabrın 1-də Yunanıstandan Bolqarıstana çəkilən qaz kəməri istifadəyə verilib. Sofiyada keçirilən təntənəli mərasimdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Bolqarıstan, Serbiya, Şimali Makedoniya və Azərbaycan prezidentləri, Rumıniya və Yunanıstan hökumət başçıları iştirak ediblər.

Yeni qaz kəməri vasitəsilə Azərbaycanın Şahdəniz-2 yatağından çıxarılan təbii qaz, həm də Yunanıstandan sıxılmış qaz Bolqarıstana nəql olunacaq. Kəmərin illik gücünün 3 milyard kubmetr olduğu bildirilir.

AzadlıqRadiosunun Bolqarıstan xidməti onu da əlavə edir ki, yeni layihənin işə düşməsi Bolqarıstana Azərbaycandan təbii qazı əvvəlki kimi bazar qiymətləri ilə deyil, uzunmüddətli müqaviləyə uyğun qiymətə tam həcmdə almağa imkan verir.

O da qeyd olunur ki, bu, həm də tamamlanmaq üzrə olan Aleksandrupolis LNG terminalından qazın tədarükünə imkan verəcək.

Bolqarıstan tərəfdən interkonnektorun operatoru olan ICGB şirkətinin icraçı direktoru Teodora Georgiyeva bildirib ki, 2024-cü ilə qədər Komotinidə kompressor stansiyasının tikintisi ilə qaz nəqli ildə 5 milyard kubmetrə çatdırılacaq.

Von der Leyen çıxışında buna diqqət çəkərək qaz kəmərinin işə salınmasını Bolqarıstanın enerji təhlükəsizliyi üçün “dönüş nöqtəsi”, ölkə və bütün cənub-şərqi Avropa üçün “yeni dövrün başlanğıcı” adlandırıb. “Bu, Rusiya qazından asılılıqdan azad olmaq deməkdir”, - Avropa Komissiyasının rəhbəri bildirib.

"Bolqarıstanda və bütün Avropada insanlar Rusiyanın başlatdığı müharibənin nəticələrini hiss edirlər, lakin bu cür layihələr sayəsində Avropa qış üçün kifayət qədər qaza sahib olacaq", - o vurğulayıb.

“Azadlıq” radiosunun Bolqarıstan xidməti qeyd edir ki, qaz kəməri onun yaradılması ideyasından 13 il sonra işə düşüb.

Beləki bu, 2009-cu ilin qışında, Rusiya birtərəfli qaydada Ukrayna ərazisindən qaz tranzitini kəsəndə və bölgəni bir həftə təbii qaz təchizatından məhrum edəndə baş verib.

Qaz kəmərinin istismara verilməsi Rusiyanın Bolqarıstana qaz tədarükünü birtərəfli qaydada dayandırmasından beş ay sonraya təsadüf edir. Beləki həmin vaxt Rusiyanın Qazprom şirkəti alınan qaza görə ödənişin aparılması üçün Bolqarıstandan rubl hesabının açılmasını istəyib. Qarşı tərəf isə bundan imtina edib.

3 milyard kubmetr qaz faktiki olaraq Bolqarıstanın bütün illik istehlakıdır. O da qeyd olunur ki, gələcəkdə qaz kəmərinin ötürmə qabiliyyəti 5 milyard kubmetrə qədər artırıla bilər ki, bu da qazın Bolqarıstandan digər ölkələrə, xüsusən Rumıniya, Moldova və ya Ukraynaya çatdırılmasına imkan verəcək.

Yunanıstanın Komotinisindən Bolqarıstına-Stara Zaqoraya istiqamətlənən 180 kilometrlik qaz kəmərinin tikintisinə 2019-cu ildə başlanılıb və qismən Aİ büdcəsindən maliyyələşdirilib.

Bu layihənin işə salınması “Şimal axını” qaz kəmərlərində təxribatın nəticəsi adlandırılan böyük qəza və bir sıra Aİ ölkələrinə Rusiya qazının nəqlinin dayandırılması fonunda baş verib.

Şənbə günü İtaliyanın Eni şirkəti Rusiyadan qaz tədarükünü tamamilə dayandırdığını elan edib. Beləki iddialara görə, Qazprom Avstriyadan qaz tranzitinin qeyri-mümkünlüyü barədə İtaliya şirkətini xəbərdar edib. “Qazprom” iddia edir ki, o, oktyabrın 1-də İtaliyaya qaz çatdıra bilməyib, çünki Avstriya operatoru elan edilmiş həcmin daşınmasını təsdiqləməkdən imtina edib. Çatdırılmaların nə vaxt bərpa ediləcəyi məlum deyil.

XS
SM
MD
LG